Rusiya Federal Statistika Xidmətinin (Rosstat) açıqladığı ilkin hesablamalara görə, oktyabr ayında ölkədə işsizlik səviyyəsi 2,9 faizə enərək, tarixin ən aşağı səviyyəsinə düşüb.
Ednews pərakəndə ticarət həcmi ilin ilk 9 ayında bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 5,5 artaraq 38,2 trilyon rubla çatarkən, Rusiyada avtomobil istehsalı bir əvvəlki ilə görə yüzdə 8,1 artaraq 417 minə çatdı.
İlin üçüncü rübündə 5,5 faiz böyüyən Rusiya iqtisadiyyatı ilin ilk 9 ayında 2,9 faiz artıb.
Rusiya İqtisadi İnkişaf Nazirliyi bu il Rusiya iqtisadiyyatında artımın 2,8 faiz olacağını proqnozlaşdırıb və artıma töhfə verən əsas amillər kimi istehsal, tikinti, kənd təsərrüfatı və istehlak tələbini göstərib.
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, bu il Rusiya iqtisadiyyatı 3 faizdən çox arta bilər.
Ukrayna müharibəsindən sonra Qərb ölkələrinin hərtərəfli sanksiyalar tətbiq etdiyi Rusiya iqtisadiyyatı keçən il 2,1 faiz kiçildi.
Xəyal Ramiz