Fransalı məmurlardan “Telegram”, “WhatsApp” və “Signal” messencerlərini telefonlarından silmək xahiş olunub.
Ednews ölkə KİV-ə istinadən xəbər verir ki, Fransanın hakimiyyət orqanları bunu məxfi məlumatları ehtiva edən görüşlərin təhlükəsizliyini gücləndirmək zərurəti ilə izah edib.
Bununla yanaşı, Fransa hökumətinin üzvlərinə öz telefonlarına İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Milli Agentlikdən (ANSSI) birinci dərəcəli təhlükəsizlik sertifikatı alan yeganə proqramı - “Olvid” tətbiqini yükləməyə icazə verilib.