Qəzzada İsrail hərbiçiləri arasında infeksiya yayılıb.
Ednews İsrailin “İdiout Ahrunut” qazetinə istinadən xəbər verir ki, Qəzzada gedən müharibədə iştirək edən İsrail ordusunun əsgərləri arasında şiddətli ishal, zəhərlənmə və yüksək hərarət halları aşkarlanıb.
İsrailli qazetin yaydığı məlumatda qeyd edilib ki, yayılan infeksiyanın səbəbi qidalanmada təmizlik qaydalarına riayət edilməməsidir.
Qeyd edək ki, infeksiya əsgərlər arasında birbaşa təmas və ya qida vasitəsilə yayılıb.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər.
Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis