“Dekabr ayının sonunda, Milad günlərinin əvvəlində Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin ənənəvi qeyri-rəsmi sammiti keçiriləcək, biz burada ötən illərdə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakını gözləyirik”.
Ednews xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Lavrov bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir.