ABŞ-da itlər arasında müəmmalı xəstəlik yayılır. Tənəffüs şikayətlərinə səbəb olan xəstəliyin 14 əyalətdə müşahidə edildiyi açıqlanıb.
Ednews NTV-yə istinadən xəbər verir ki, potensial ölümcül vəziyyətə nəyin səbəb olduğunu müəyyən etmək üçün səylər göstərilir.
Mütəxəssislər antibiotik müalicəsinə davamlı yeni bakteriya növündən şübhələnirlər.
Qısa müddətdə pnevmoniyaya səbəb olan xəstəliyin simptomları arasında həftələrlə davam edən öskürək də var.
Oreqon ştatında indiyədək 200 hadisə qeydə alındığı halda, Kaliforniya, Florida və Vaşinqton kimi ştatlarda da xəstə itlərə rast gəlinib.
Hələlik xəstəliyin insanlara keçməsi ilə bağlı heç bir sübut yoxdur. Bununla belə, baytarlar it sahiblərindən xəstə heyvanlarını təcrid etmələrini xahiş ediblər.
Oguz