"Netanyahu Qəzzada törətdiyi bütün hərbi cinayətlərin əvəzini ödəyəcək".
Ednews xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Qəzzada etdiyi çıxışı zamanı söyləyib.
Ərdoğan həmçinin Netanyahunun "ağ bayraq dalğalandırmaq astanasında olduğunu", İsrailin Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın dəstəyi olmadan Qəzzaya hücum edə bilməyəcəyini iddia edib.
O, İsrailin digər ölkələrdəki Həmas liderlərini hədəfə almaq niyyətinə də münasibət bildirib və xəbərdarlıq edib ki, “Türkiyədə belə bir şeyə cəsarət etsələr, ağır bir bədəl ödəyəcəklər və bundan qurtula bilməyəcəklər”.
Əkbər