Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla birgə atılan humanitar addımla bağlı paylaşım edib.
Ednews xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq 32 erməni əsgərini azad edir. Öz növbəsində, humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest kimi Ermənistan iki azərbaycanlı hərbçini azad edir”, - Paşinyan qeyd edib.