Ukraynanın azadlığı uğrunda müharibədə daha bir azərbaycanlı gənc həlak olub.
Ednews xəbər verir ki, bu barədə informasiya sosial mediada yayılıb.
Bildirilir ki, soydaşımız Ağacanov Vasif İbrət oğlu Ukraynanın işğaldan azad olunması uğrunda döyüşlərdə canından keçib.
“Bu çətin dönəmdə ailəsinə və sevənlərinə başsağlığı veririk. Vasif ürəyimizdə cəsarətin və vətən sevgisinin simvolu olaraq qalacaq”-paylaşımda deyilir.
Qeyd edək ki, Ukrayna uğrunda müharibədə həlak olan soydaşlarımızın dəqiq sayı tam bilinməsə də, hərbçilərin sayının 50-yə çatdığı barədə məlumat var.