Pəncə-Kilit əməliyyatı çərçivəsində iki PKK terrorçusu zərərsizləşdirilib.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terror təşkilatı PKK-ya qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək ”, - deyə məlumatda bildirilib.