ABŞ hökuməti Ukraynaya 175 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.
Ednews xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat verib.
Onun sözlərinə görə, ABŞ Konqresi Ukraynaya dəstək üçün əlavə büdcə ayırmaları barədə qərar qəbul etməsə, yeni yardım paketi ABŞ-ın Kiyevə təqdim etdiyi sonuncu yardım paketlərindən biri ola bilər.