“Əgər HƏMAS razılığa gəlməyə və Fələstin Azadlıq Təşkilatının siyasi platformasını qəbul etməyə hazırdırsa, onda sülh danışıqları üçün şərait olacaq. Fələstinlilər bölünməməlidirlər”.
Ednews xəbər verir ki, bunu Fələstinin Baş naziri Mohammed Ştayyeh “Bloomberg”ə müsahibəsində deyib.
O bildirib ki, Fələstin Administrasiyası ABŞ rəsmiləri ilə müharibə bitdikdən sonra Qəzzanı idarə etmək planı üzərində işləyir:
“ İsrailin HƏMAS-ı tam məğlub etmək məqsədi real deyil, sadəcə onlar HƏMAS əvəzinə yeni idarəetmə strukturu altında ona qoşulmalı olduğunu iddia edirlər”.