Britaniyanın məşhur “YouGov” sosiologiya xidməti 2119 alman arasında ölkənin federal kansleri Olaf Şoltsun fəaliyyəti haqqında sorğu keçirib.
Ednews xəbər verir ki, sorğunun nəticələrinə əsasən Almaniya vətəndaşlarının 74 faizi Şoltsun federal kansler kimi fəaliyyətindən narazıdır.
Məlumata görə, respondentlərin yalnız 20 faizi kanslerin fəaliyyətini müsbət qiymətləndirib. Ümumilikdə isə Almaniya hökumətinin işindən narazı olan vətəndaşların sayı 73 faiz təşkil edib.
Rəyi soruşulanların 22 faizi isə Nazirlər Kabinetinin fəaliyyətindən razı olduğunu bildirib.