İraqda fəaliyyət göstərən İrana bağlı "Kətaib-i Hizbullah" və "Hərəkat əl-Nücəba" silahlı qruplaşmaları terror təşkilatlarıdır.
Ednews xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığı zamanı deyib.
ABŞ-lı nazir bildirib ki, İrana bağlı qüvvələrin ABŞ hədəflərinə hücumlarına görə məsuliyyət daşıyır:
“İraq hökuməti ölkədəki diplomatik heyəti və beynəlxalq anti-İŞİD koalisiya qüvvələrini qorumağa borcludur. ABŞ-ın isə bu hücumlar qarşısında özünü müdafiə etmək hüququ var”.