Səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq Serbiya prezidenti Aleksandr Vuçiç baş nazir vəzifəsinə qayıda biləcəyini bildirib.
EDnews xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Jurnalistlər dövlət başçısından prezidentlikdən getdikdən sonra baş nazir vəzifəsinə namizəd olub-olmayacağını soruşublar.
Vuçiç cavabında "Bu, baş verə bilər" deyib. O əlavə edib ki, təsis etdiyi Serbiya Proqressiv Partiyasının hələ də ona ehtiyacı var.
Respublika başçısı həmçinin təsdiqləyib ki, başqa bir prezidentlik müddətinə namizədliyini irəli sürməyi planlaşdırmır. O əlavə edib ki, bu il Serbiyada parlament və prezident seçkiləri keçiriləcək.
Aytac | EDnews




.jpg)



.jpg)