Konqo Demokratik Respublikasında "Ebola" qızdırmasından ölənlərin sayı 115-ə çatıb.
EDnews xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media İşləri üzrə nazirliyi bildirib.
Qurumun məlumatına əsasən, indiki epidemiya zamanı "Ebola" virusu ilə yoluxanların sayı 598 nəfərə çatıb. Bir gün əvvəl bu göstəricilər 101 ölüm hadisəsi və 550 yoluxma təşkil edirdi.
Hazırda tibb müəssisələrində 297 xəstə müalicə alır. Ölüm nisbəti 19,2 % təşkil edir.
Xatırladaq ki, "Ebola" qızdırmasının indiki epidemiyası mayın 15-də Konqo Demokratik Respublikası və Uqandada başlayıb.
.jpg)





.jpg)

