Əfqanıstan hökuməti Pakistan ordusunu ölkənin şərqində yerləşən sərhəd bölgələrinə hava zərbələri endirməkdə ittiham edib.
EDnews xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Bildirilib ki, hücumlar nəticəsində azı 13 mülki şəxs həlak olub.
Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid deyib ki, Pakistan qüvvələri Kunar, Xost və Paktika əyalətlərində yaşayış məntəqələrini hədəfə alıb.
Onun sözlərinə görə, ölənlər arasında 11 uşaq, bir qadın və bir yaşlı kişi var.
Pakistan ordusu və Baş nazirlik hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib. İslamabad bundan əvvəlki oxşar hadisələrdə hava əməliyyatlarının silahlı qruplara qarşı həyata keçirildiyini, mülki şəxslərin isə qəsdən hədəf alınmadığını bəyan etmişdi.
.jpg)





.jpg)

