"Eurostat"ın son araşdırmasına görə, Avropa İttifaqı (Aİ) və namizəd ölkələr arasında həftəlik iş saatlarının uzunluğuna görə Türkiyə yenə də siyahının ilk pilləsində qərarlaşıb.
Avropa Statistika Ofisinin (Eurostat) 2025-ci il məlumatlarına əsaslanan araşdırmada, Avropada həftəlik orta iş müddətləri müqayisə edilib.
EDnews xəbər verir ki, nəticələrə görə, qitənin ən uzun iş saatlarına sahib ölkəsi Türkiyə olub.
Cədvələ əsasən, həftəlik orta iş saatlarına görə ilk beşlikdə yer alan ölkələr və göstəriciləri belədir:
1. Türkiyə: 42,4 saat
2. Bosniya və Herseqovina: 40,9 saat
3. Serbiya: 40,6 saat
4. Yunanıstan: 39,6 saat
5. Şimali Makedoniya:39,5 saat
Açıqlanan rəqəmlər göstərir ki, Türkiyədən sonra ən uzun iş qrafiki əsasən Balkan ölkələrində müşahidə olunur. Bosniya və Herseqovina ilə Serbiya da həftəlik 40 saatlıq iş limitini keçən ölkələr sırasındadır. Yunanıstan və Şimali Makedoniya isə təxminən 39,5 saatlıq göstərici ilə ilk beşliyi tamamlayır.
Ekspertlər qeyd edirlər ki, iş saatlarının uzunluğu ölkələrin iqtisadi strukturları, əmək bazarı qanunvericiliyi və məhsuldarlıq göstəriciləri ilə birbaşa bağlıdır.




.jpg)


