"Qarabağ" futbol klubu müdafiəçi Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
EDnews xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə birillik müqavilə imzalanıb.
Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın heyətində yer alacaq.







