Cənubi Koreya və Yaponiya arasında bir sıra problemlərin olmasına baxmayaraq, hər iki ölkə inamlı şəkildə ikitərəfli əlaqələri davam etdirməlidir.
“Eurasia Diary”-nin Sputnik News agentliyinə istinadən məlumata verir ki, bu fikirlər Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Xatırladaq ki, Cənubi Koryanın Busan şəhərində Yaponiya Konsulluğu qarşısında “Rahat Qadınlar” adlı aksiyası keçirildikdən sonra rəsmi Tokyo öz səfirini geri çağırıb.
Cənubi Koreya hökuməti Yaponiyanın atdığı addıma görə təəssüfləndiyini bildirib.
Qeyd edək ki, Busan şəhərində Yapon konsulluğu qarşısında belə bir aksiya 2011-ci ildə də keçirilmişdi.
“Rahat Qadınlar” adı ilk dəfə İkinci Dünya müharibəsi zamanı Yapon əsgərləri üçün qul kimi işlədilən Koreya qadınları ilə bağlı cəkilmişdi. 2015-ci ildə Tokyo və Seul arasında əldə olunan razılığa əsasən, Yapon əsgərləri tərəfindən zülm edilmiş qadınlara dəstək üçün fond yaradılıb. Razılığa görə, Yapon höküməti işgəncə edilmiş qadınlara və ailələrinə $ 9.61 milyon yardım edir.
Tərcümə: Yunis Abdullayev
Redaktor: Taleh Quliyev




.jpg)



.jpg)