Mixayıl Magid,
publisist, Yaxın Şərq üzrə mütəxəssis,
Şimali və Cənubi Koreya üzrə dünyanın aparıcı mütəxəssisi olan Andrey Lankovla söhbətə əsaslanaraq,
özəl olaraq Eurasia Diary üçün
Mixayıl Magidin sözlərinə görə, KXDR-da kənd təsərrüfatı və sənayə sahələrində islahatların aparıldığı üçün ölkənin özunə inamı artıb və o, bu islahatları Yeni İqtisadi Siyasətə bənzədib.
Şəhərlərdə planlaşdırma sistemi demək olar ki, götürülüb. Məhsulların kimə satılmasına müəssisələr özləri qərar verir. Vergilər təxminən 30% təşkil edir ki, bu da Qərb standartlarına görə normal sayılır.
Özəl bizneslə bağlı məsələlər çoxdan öz həllini tapıb lakin, məhdudiyyətlər hələ də formal olaraq mövcuddur. Sənayə sahəsində də vergilər 30 faiz təşkil edir.
Nəticədə iqtisadiyyat ildə 4-6% artır və bu aclıq təhlükəsinin də aradan qaldırılması deməkdir. KXDR artıq bolşevizmə son qoyaraq kapitalizmin inkişafı istiqamətində irəliləyir.
Ancaq ölkə siyasətində vəziyyət gərgin olaraq qalır. Bu, ilk növbədə, söz azadlığı və təyinatlara aiddir. Kim Çen In orduya elə də güvənmir və hərbi çevrilişdən ehtiyat edir. Buna görə də hərbi vəzifələri orta hesabla 10 aydan artıq tutmaq olmaz.
KXDR-nı birləşdirən amilin Amerika təhlükəsi olduğunu vurğulamaq lazımdır. Bir sözlə desək, ABŞ və Cənubi Koreya ilə müharibə başlayacağı təqdirdə KXDR əhalisinin necə davranacağı heç kimə məlum deyil.