"Qərb heç vaxt Qarabağın qaytarılmasına razı olmayacaq"

Analitika 12:10 05.01.2018

Geridə qoyduğumuz ili, Qarabağ münaqişəsinin həlli ilə bağlı  Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesi  baxımından ən aktiv illərdən hesab etmək olar. 2017-ci il həm də onunla yadda qaldı ki, cəmiyyət ATƏT-in Minsk qrupu həmsədrlərinin, xüsusilə Rusiya və ABŞ-ın  münaqişənin həlli yolları ilə bağlı açıq-aşkar fikir ayrılıqlarının şahidi oldu.

Bütün bu məsələlər, o cümlədən Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı gözləntilər barədə Oxu.Az-a Rusiyanın xarici siyasət, müdafiə və təhlükəsizlik sahələri üzrə eksperti Qriqori Trofimçuk açıqlama verib.

- 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli  ilə bağlı danışıqlar prosesində yüksək fəallıq qeydə alındı. 2018-ci illə bağlı gözləntiləriniz barədə fikrinizi öyrənmək maraqlı olardı...

 - Danışıqlar prosesinin fəallığı kifayət qədər yüksək olub. Baxmayaraq ki, 2016-cı ilin aprelindən sonra fərqli, dağınıq xarakter almışdı. Misal üçün, həmin ilin, 2016-cı ilin sonlarına yaxın aktivlik xeyli aşağı idi. Danışıqların açıq müharibənin qarşısını aldığı faktına baxmayaraq və bir çox proses iştirakçılarına görə bu, az göstərici olmasa belə, fəallıq - sırf texniki parametrdir, praktiki nəticə sıfıra bərabərdir.

Sıfır ona görə ki, il yarımdan çoxdur ki, Azərbaycanın bir qarış da torpağı geri qaytarılmayıb. Yəni, rəsmi Bakı danışıqlar prosesində qarşıya qoyduğu məqsədə çata bilməyib. Belə ki, Rusiya və Ermənistandan fərqli olaraq, müharibəyə yol verilməməsi Bakının məqsədi olmayıb.

- 2018-ci illə bağlı ekspertlərin rəyləri fərqlidir. Bəziləri hesab edir ki,  Rusiyada, Azərbaycan və Ermənistanda prezident seçkiləri fonunda vəziyyət sabit olacaq, digərləri isə gərginliyin artacağını düşünür. Qarabağ münaqişəsi ətrafında hadisələrin inkişafını necə görürüsünüz?

- 2013-2014-cü illərdə Ukrayna hadisələri ilə əlaqədar regional və geo-siyasi düzümün pozulmasından sonra Qarabağ mövzusu aidiyyəti üzrə səngiyə bilməz. Xatırladaq ki, Ermənistan-Azərbaycan təmas xəttində son illər ərzində ilk dəfə olaraq vəziyyətin ciddi şəkildə pisləşməsi 2014-cü ilin avqustunda baş verdi. Azərbaycan  faktiki olaraq qarşıya belə bir sual qoymuşdu: Rusiya Krımı qaytarmağa qadirdirsə, Azərbaycan Qarabağı geri almağı niyə bacarmasın?

Bundan sonra bütün işlər tərs getdi.  Bundan savayı, Yaxın Şərq qeyri-sabitliyi qəbilindən olan, tədricən şimala, Cənubi Qafqaza doğru qalxan digər faktorlar da mövcuddur. Belə şəraitdə Qarabağ kənarda qala bilməz, onun gələcək regional müharibələr çərçivəsində vasitəçilik rolu  əhəmiyyətli dərəcədə artmaqdadır.

Regionun bu və ya digər ölkəsində keçirilən prezident seçkiləri, qeyd olunan hadisələrin inkişafını müəyyən edən faktorlarla müqayisədə, mütəmadi baş verən daha zəif siyasi “sərgüzəştlər”dir. Üstəlik, Rusiya, Ermənistan və Azərbaycanda əsas seçkilərin gedişi müəyyən çərçivədə ştat rejimindədir. Təbii ki, kimlərsə bundan sabitliyi pozmaq məqsədilə istifadə edəcək. Ancaq başlıca təhlükə digər mənbələrdən qaynaqlanır.

- 2017-ci ildə Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı baxış bucağında, daha dəqiq desək, “Lavrov planı” ilə Qərbin baxış bucağı arasında açıq-aşkar ixtilaflar ortaya çıxdı və bu, cəmiyyətin diqqətindən kənarda qalmadı. Sizcə, hansı plan Azərbaycan və Ermənistan üçün daha səmərəlidir?

- Bakı və İrəvanın üzləşdiyi yeni xarici təhdidləri nəzərə alsaq, Qarabağ üzrə “qapıları kənar şəxslərin üzünə bağlı olan” ikitərəfli danışıqlar formatı daha məqsədəuyğundur. Belə bir format zəruri siyasi intriqa yaradacaq. Sözügedən “Lavrov planına” gəlincə, RF xarici işlər naziri özü bildirib ki, belə bəlağətli adı olan heç bir plan yoxdur. Sadəcə, keçmişdə qəbul olunmuş bir yığın sənəd var ki, böyük istək olsa, onların əsasında istənilən an, istənilən ardıcıllıqda istənilən planı tərtib etmək olar.

Qərbin mövqeyinə gəlincə, bir sadə məsələni anlamaq vacibdir: Heç vaxt və heç bir şərtlə Qərb Azərbaycan torpaqlarının qaytarılmasını dəstəkləməyəcək. Belə ki, Azərbaycan ABŞ-ın yaxın tərəfdaşlarının, məsələn, Almaniyanın halqasında deyil. Həm Azərbaycan, həm Ermənistandan ayrı olan Qarabağ Qərb üçün hadisələrin inkişafı prizmasından daha əlverişli model hesab olunur.

Digər tərəfdən, keçmişdə Qarabağ probleminin həlli üçün qəbul olunmuş qərarların icra olunması ilə bağlı nominal çağırışları necə səsləndirirdisə, bundan sonra da belə çağırışların şahidi olacağıq, necə ki, 1994-cü ildə bunun şahidi olmuşduq. Burada təzə heç nə yoxdur.  Bu baxımdan, Rusiya və Qərbin mövqeləri tam üst-üstə düşür. Bu mərhələdə Azərbaycan və Ermənistan üçün  hadisələrin  inkişafı baxımından ən qənaətbəşx variant  irimiqyaslı regional müharibənin olmamasıdır. Əks təqdirdə, bu iki ölkə onun ağır fəsadlarından “sağ çıxmaya” bilər.  Gec-tez İran da yerindən tərpədiləcək və Azərbaycan Qarabağ müharibəsi ilə daha böyük çəkisi olan müharibənin fərqini öz üzərində hiss edəcək.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı