Yaxın Şərqdə barıt qoxusu artmaqdadır ÖZƏL

Analitika 14:35 24.05.2018

 Fikrimcə, son vaxtların ən aktual mövzularından biri Yaxın Şərqdəki vəziyyətdir. Bildiyimiz kimi 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) biri ərəb, digəri yəhudi olmaqla Fələstinin 2 yerə bölünməsinə dair qərar vermişdi. Bu  bölünmə nəticəsində yaranmış İsrail dövlətini ilk tanıyan ölkə məhz Amerika Birləşmiş Ştatları oldu. İndiki dövrdə də ABŞ tərəfi İsraili həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə tam dəstəkləyir. Əslində, İsrail dövlətinin varlığı ABŞ-ın Yaxın Şərqdəki hərbi-siyasi gücü ilə əlaqəlidir.

Bu dövlət Fələstini İsrail vasitəsilə 1948-ci ildən siyasi taktikalarla potensial olaraq işğal etməyə çalışır. Məsələn, Qüdsü İsrailin paytaxtı elan edir, bu bəs deyilmiş kimi öz səfirliyini Qüdsə köçürür. Bu məqamda maraqlı bir sual meydana çıxır: Bəs niyə ABŞ səfirliyini Qüdsə köçürmək üçün 5 ay kimi uzun müddət gözlədi? Düşünürəm ki, bunun 2 səbəbi var:

Birinci səbəb Türkiyənin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dönəm rəhbəri olmasıdır. Qüds İsrailin paytaxtı elan olunan vaxtdan bir neçə gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-in təcili zirvə toplantısını çağırdı. Bununla da müsəlman ölkələrinin bu qərara etiraz əlaməti olan “birlik sözünü” işlətməsinə nail oldu. Müsəlman ölkələrin belə birliyi də ABŞ-ı narahat etməyə bilməzdi. Buna sübut olaraq onu deyə bilərəm ki, Türkiyə “Zeytin budağı” əməliyyatları çərçivəsində Afrinə girmə qərarı alan zaman ABŞ tərəfi bu qərarı kəskin tənqid etmədi. ABŞ-ın belə balanslaşdırılmış siyasət yürütməkdə səbəbi isə İƏT-in dönəm rəhbərinin başının qarışması, dünya birliyinin diqqətini başqa tərəfə yönəltmək və vaxt qazanmaq kimi maraqlarının olmasıdır.

İkinci səbəb isə həm müsəlman, həm də Qərb dünyasının bu qərara kəskin etiraz edərək münasibətlərinin soyuması üçün gözləmə mövqeyinə keçməsidir.

ABŞ vaxtilə Yaponiyanın Xerosima və Naqasaki şəhərlərinə atom bombası atır (1945), Vyetnamda (1955-1975), İraqda (2003-2011), Əfqanıstanda (2001-2014) işğalçılıq müharibəsi aparırdı. İndiki zamanda isə Yaxın Şərqdə ABŞ-ın dəstəklədiyi İsrail Fələstinlə olan probleminə görə 1948-ci ildən (İsrail dövlətinin yaranmasından) bəri 70 il müddətinə hər il öz torpaqlarından çıxmalarına etiraz edən neçə-neçə fələstinli öldürülür. Bu fasiləsiz toqquşmalar siyasi arenada “özünü göstərmə” istəyi, əlverişli coğrafi-strateji mövqelərə dair iddialardır. Hər nə qədər bu belə olsa da, bu yerdə  Samuel Hantinqtonun “Sivilizasiyaların toqqoşması” əsərinin adıın çəksək tam yerinə düşər. Məhz bu münaqişə də milli, dini, mədəni, irqi, etnik fərqlər fonunda baş verən “sivilizasiyaların toqquşması”dır. Artıq Yaxın Şərqdəki münaqişələrə Üçüncü Dünya Müharbəsinin astanası kimi yanaşanlar var. Bəlkə də bütün bu baş verənlər Səlib (xaç) yürüşlərinin davamıdır.

Bütün hallarda İsrail-Fələstin münaqişəsinin fələstinlilərin xeyrinə həllini gözləmək çətindir. Həmçinin onu da demək lazımdır ki, Fəlsətində İsrailə qarşı Həmas kimi təşkilatın olması İsrail tərəfinə yetərincə baş ağrısı gətirir. ABŞ-ın öz səfirliyini İsrailin Təl-Əviv şəhərindən Qüdsə köcürməsinə gəldikdə bu qərarla ABŞ hiyləgər gediş etdi. Buna səbəb isə artıq paytaxtın dəyişməsini rəsmiləşdirmək, bunu dünyaya qəbul etdirmək istəməsidir. Dünya dövlətləri paytaxtın dəyişməsinə qarşı bir növ sanksiyanı yalnız öz səfirliklərini Qüdsə köcürməməklə etmiş olarlar. Bunun da nə qədər asan bir iş olacağını demək çətindir. Bir sözlə Yaxın Şərqdəki əsas problem qloballaşmanın tərkib hissəsinə çevrilməkdədir.

Vasif  Hüseynov, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı