Ərdoğan HDP-li başqanları niyə vurdu? Siyasi terrorla mübarizə, yoxsa...

Analitika 14:48 20.08.2019

Xəbər verdiyimiz kimi Türkiyənin Van, Mardin, Diyərbəkir vilayətlərinin bələdiyyə başqanları işlərindən qovulublar. Onların yerinə müvafiq olaraq həmin vilayətlərin valiləri qəyyum olaraq təyin edilib. Qeyd edək ki, sözügedən valilər iqtidarda olan AKP tərəfindən təyin edilən məmurlardır.

üç hdpli ile ilgili görsel sonucu

Türkiyənin Daxili İşlər Nazirliyi yaydığı məlumatda bunun səbəbi kimi, həmin bələdiyyə sədrlərinin terrora açıq dəstək vermələri,  onların barəsində cinayət işinin açılması göstərilib.

Bələdiyyə başqanlarının da PKK-ya logistik dəstək verdikəri, dövlətin maliyyə imkanlarını PKK-ya yönəltdikləri, küçələrə məhv edilən terrorçuların adlarını qoyulduqları, toplantılardan öncə terrorçuların xatirəsini andıqları, şəhid ailələrinə qarşı təhqirlərə yol verdikləri və hətta rəsmi tədbirlərdə belə Türkiyə Cümhurriyyətinin himnini səsləndirməkdən imtina etdikləri məlum olub. Həmçinin Türkiyə Cümhurriyyətinin bayrağını bələdiyyə başqanlarının otağından çıxarıblar. 

Həmin əyalətlərdə terrorun yenidən canlanmasına imkan verməmək üçün  nazirlik onların görəvlərinə son verib. Eyni zamanda bu cür ünsürlərə qarşı mübarizənin genişləndiriləcəyini bildirib.

O da qeyd edilib ki, terrorla mübarizə çərçivəsində son zamanlar bu vilatətlərdən  PKK-ya qoşulanların sayı 2000-dən 600-ə endirilib. Bu da son 30 ildə ən aşağı göstəricidir.

Türkiyənin polis orqanları son günlərdə 29 rayonda PKK-çılara qarşı böyük əməliyyata başlamış və 418-dən çox şübhəlini göz altına almışdı. Bələdiyyə sədrlərinin həmin əməliyyat çərçivəsində işdən uzaqlaşdırıldığı bildirilir.

Xalq tərəfindən seçilən üç bələdiyyə başqanının heç bir məhkəmə qərarı olmadan vəzifələrindən uzaqlaşdırılmaları Türkiyədə ciddi rezonansa səbəb olub. Muxalifət liderləri Kamal Kılıçdaroğlu və Meral Akşener başda olmaqla bir çox siyasi xadimlər, müxtəlif incəsənət xadimləri, jurnalistlər və digərləri bu hadisəni və hökuməti sərt tənqid edib. Bələdiyyə sədrlərinin işdən uzaqlaşdırıldığı əyalətlərdə kiçikmiqyaslı etiraz aksiyaları keçirilib. Hətta iqtidarda olan AKP-nin qurucularından, sabiq prezident, son günlərdə heç cür ulduzunun barışmadığı Rəcəb Tayyib Ərdoğannın “köhnə dostu” Abdullah Gül  “demokratiyamız üçün doğru addım olmadı” deyərək bu qərarı tənqid edənlər siyahısına adını yazdırdı...

Xalqların Demokratik Partiyasının (HDP) üç bələdiyyə başqanının işdən uzaqlaşdırılması qərarını tənqid edənlər qədər, dəstəkləyənlər də oldu. AKP tərəfdarı iş adamları, siyasətçilər, jurnalistlər, bəzi din xadimləri və əsas da MHP lideri Dövlət Baxçalı bu qərarı sevinclə qarşıladı, hətta Daxili İşlər naziri Süleyman Soyluya dəstək durduğunu bildirdi.

Yuxarıda diqqətinizə çatdırdığımız kimi, sözügedən bu qərar Türk ictimaiyyətində geniş müzakirələrə səbəb oldu. Həmçinin Azərbaycanda da bu məsələ diqqətdən yayınmadı.

Fikrimizcə, HDP-li bələdiyyə başqanlarının niyə işdən uzaqlaşdırılmasının aşağıdakı səbəbləri var:

Əvvəla bu üç şəxs heç də günahsız və məsum siyasətçilər deyillər. Bunu HDP-dən başqa da heç bir partiya və siyasətçi də iddia etmir. Günahları nələrdir? Məsələn, Diyərbəkir bələdiyyə başqanı Adnan Selcuq Mızraklı 15 avqust 2018-ci ildə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən PKK terror təşkilatının üzvü İsmail Özdenin anım tədbirində iştirak edir, hələ bir nitq də söyləyir, rəhmət diləyir. Bu şəxs həmçinin bələdiyyə başçısı seçildikdən sonra Diyərbərkirdə yerləşən və İslam peyğəmbərinin səhabilərindən biri olan İlyaz ibn Qanimin adına olan küçəinin adını terror təşkilatına üzv olduğuna görə həbs edilən İlham Dikən küçəsi olaraq dəyişdirməyə təşəbbüs göstərib. Hətta bu şəxs Qurban bayramında bayram namazından sonra ilk olaraq terrorçuların məzarlarını ziyarət edib və onlara dua oxuyub.

Adnan Selçuk Mızraklı ile ilgili görsel sonucu

İşdən uzaqlaşdırılan digər HDP-li - Mardin bələdiyyə başçısı Əhməd Türk də heç də “az aşın duzu” deyil. Bələdiyyə başqanı seçildikdən sonra gördüyü ilk işlərdən biri terrorçuların dəfn edildiyi qəbiristanlığın abadlaşdırılması üçün maliyyə yardımı etmək olub. Ə.Türk həmçinin terror təşkilatına üzv olmaqdan haqqında cinayət işi açılmış və istintaqı davam etdirilən bir şübhəliyə, Cabbar Leygaraya bələdiyyədə yüksək vəzifə verib. Ə.Türkün həmçinin bir çox terrorçuluqda şübhəli bilinən şəxsə arxa durduğu və onları bələdiyyə başqanı olduğu Mardində işlə və evlə təmin etdiyi də bilinən əməllərindəndir.

ahmet türk ile ilgili görsel sonucu

İşdən azad edilən üçüncü HDP-li olan Van bələdiyyə başçısı Bediya Özgökçə Ertan isə öz fəaliyyəti ilə tam bir PKK terror təşkilatı “sevdalısı” olduğunu sübüta yetirib. Gəncliyindən bu yana PKK terrorçularının anım tədbirlərini keçirib, PKK-ya dəstək yürüşləri keçirib, PKK lideri Abdullah Öcalanın pankartları ilə şəkillər çəkdirib və dəfələrlə açıq bir şəkildə Öcalanın yolunda olduğunu bildirib. Bələdiyyə başçısı seçildikdən sonra 3 şəhid ailəsi olan bələdiyyə işçisini işdən uzaqlaşdırıb. Həmçinin seçildikdən sonra ilk gördüyü iş bələdiyyənin rəsmi saytından türk bayrağını çıxarmaq olub. Qeyd edim ki, bu məlumatların hər biri müxtəlif zamanlarda Türkiyə KİV-lərində yayımlanan xəbərlər və Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən verilən məlumatlar əsasında əldə edilib və doğruluğu şübhə doğurmur.

bedia özgökçe ertan ile ilgili görsel sonucu

Uzun sözün qısası, sözügedən bələdiyyə sədrlərinin işdən uzaqlaşdırılması bir yana dursun, həbs edilməsi belə mümkündür və zəruridir. Adamlar yuxarıda qeyd etdiyimiz faktlarda göründüyü kimi, açıq şəkildə terrora dəstək verir və Türk dövlətinə rəsmi şəkildə, əyani olaraq xəyanət edirlər. Ancaq niyə bu şəxslər seçkilərdən öncə həbs edilmədi? Niyə bu şəxslərin həbs edilməsi üçün seçkilərdən 4 ay keçməsi lazım idi? Məgər onların terrora dəstək olması bələdiyyə sədri seçildikdən sonramı müəyyən edilmişdi? Təbii ki, xeyr. Bu şəxslər haqqında dəfələrlərlə cinayət işi açılıb. Bəs niyə məhz indi həbs edildilər?

Çünki AKP 31 martda keçirilən seçkilər ərəfəsində sözügedən 3 bələdiyyə başqanının ( o zaman hələ namizəd idilər) həbs edilməsi qərarını verə bilməzdi. Çünki bu kürd elektoratının qəzəbinə səbəb olardı və AKP seçkilərdə, xüsusilə də İstanbul və Şərqi Anadoluda böyük uğursuzluğa uğrayardı. Həmçinin AKP iqtidarının seçki öncəsi namizədləri həbs etməsi muxalifətin və xalqın ciddi reaksiyasına səbəb olardı və bu olay “Ərdoğan kürdlərin öz istədikləri namizədləri seçməsinə əngəl olur” fikri ilə şərh edilərdi. Seçkiqabağı bu riskləri almayan Ərdoğan, seçkilərdən 4 ay sonra, tam da Suriyada PKK-PYD-yə qarşı Türk ordusunun əməliyyatlara başlayacağı zaman 3 bələdiyyə sədrinin işdən azad edilməsi və haqqında cinayət işi açılması qərarını verdi. Bu qərar “hər iki cəbhədə terrorla mübarizə aparırıq” mesajını özündə ehtiva edəcək, millətçi və islamçı kəsimin ruhunu oxşayacaq.

Həmçinin Ərdoğan bu qərarın muxalifətin ciddi səs-küyünə səbəb olacağını bilirdi. Və əslində qərarı qəbul etməkdə bir digər hədəfi də məhz bu idi. Terrora dəstək verən bələdiyyə başqanları həbs ediləcək və muxalifət bu başqanları, yəni “terroru” müdafiə edəcəkdi. (Ərdoğan mediası artıq İmamoğlu, Kılıçdaroğlu və digərləri haqqında terrora dəstək ittihamlarına başlayıb).

Plan nə qədər hədəfinə çatacaq bilmək olmaz, ancaq onu qeyd edə bilərik ki, bu qərar bəzi kəsimlərdə AKP-nin nüfuzunu artıracaqsa, əhalinin böyük kəsimində onu daha da nüfuzdan salacaq. Çünki haqlı səbəbləri olsa belə, iqtidar xalq tərəfindən demokratik yolla seçilmiş 3 bələdiyyə başqanını heç bir məhkəmə qərarı olmadan işdən azad edib. Azad etməyi bir yana dursun, yerinə öz nümayəndələri olan valilər, yəni icra başçıları təyin edib. Yuxarıda da qeyd etdiyim kimi, Türkiyənin xüsusi xidmət orqanları və Daxili İşlər Nazirliyi azad edilən hər üç başqan haqqında ətraflı məlumat sahibi idilər. Lakin seçkilərdən 4 ay keçdi, AKP ciddi uğursuzluğa uğradı və yalnız ondan sonra bu başqanlar azad edildi, yerlərinə isə hökumət nümayəndələri təyin edildi. Bu qərarla Türk hökuməti həm terrorla mübarizə aparırmış kimi göründü, həm də namizədlərinin seçilmədiyi bələdiyyələri yenidən, heç bir seçki keçirilmədən qazandı.

Qeyd edək ki, məsələ ilə bağlı Türk ekspertlərin fikirlərini də öyrəndik.

Türk politoloq, Prof. Selin Şenocaq mövzuyla bağlı Eurasia Diary-ə verdiyi eksklüziv açıqlamada hökumətin bu qərarını sərt tənqid edib:

Selin Şenocak ile ilgili görsel sonucu

“Türkiyənin dövlət kanalı TRT-də qırmızı xəttələ axtarılan terrorçu Osman Öcalanla reportaj hazırlanır, terrorçulara etibar qazandırılır, digər tərəfdən də seçki ilə gəlmiş bələdiyyə başqanları işlərindən azad edilir. Əgər terrorla mübarizə aparsınızsa, niyə PKK liderinin qardaşı barədə reportaj hazırlayırsız? Təbii ki, seçkidə xal qazanmaq üçün bu lazım idi. Bəs indi nə dəyişdi?”

Bu haqlı sualların ardınca türk ekspert “Seçki ilə gəlmiş bələdiyyə başçılarının yerinə qəyyum olaraq AKP-li icra başçıları təyin etmək də demokratiyamız üçün utancvericidir. AKP illərdir bələdiyyələrə qazanc mənbəyi kimi yanaşır. Bu səbəbdən AKP iqtidarı dövründə bələdiyyə başçılarına geniş səlahiyyətlər verilirdi. İndi isə bələdiyyələrin çoxunu itirən AKP-yə geniş səlahiyyətli bələdiyyə başqanları sərf etmir. Həmçinin qeyd etmək lazımdır ki, işdən azad edilən bələdiyyə başqanlarının yerinə qəyyum təyin etməkdənsə, daha demokratik üsullardan istifadə edilə bilərdi” – deyə S.Şenocaq əlavə edib.

Türk jurnalist Nevzat Çiçək isə bu məsələyə tamam fərqli mövqedən yanaşır. Belə ki, o, üç bələdiyyə başqanının azad edilməsini PKK və HDP arasındakı məsafəni saxlamaq üçün atılan addım kimi şərh edib.

nevzat çiçek ile ilgili görsel sonucu

“Bələdiyyə başqanlarını azad edib, yerinə qəyyumlar təyin edən hökumət nəyi hədəfləyir? 1. PKK və HDP arasında sədd çəkmək; 2. HDP-ni terrordan uzaqlaşdırmaq və onun fəaliyyətini leqallaşdırmaq; 3. PKK-nın Türkiyədəki bələdiyyələri özünün “arxa baxçası” halına gətirməsinin qarşısını almaq; 4. HDP-ni dəyişdirib, dövlətçiliyə bağlı bir partiya halına gətirmək...”, - deyə N.Çiçək bildirib.

 

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı