ABŞ və Çin arasında “koronavirus savaşı” Soyuq rəqabətin qalibi kim olacaq? - II YAZI

Analitika 11:56 06.05.2020

Əvvəli burda

Ticarət savaşları və koronavirus Çin iqtisadiyyatına ağır zərbə vurdu

Koronavirusa qədər ABŞ bütün imkanlarını Çinin daha da güclənməsinin qarşısını almağa yönəltdi. Cənubi Çin dənizi, Tayvan, Sincan, Honq Konq, “Huawey” və ticarət savaşlarında Vaşinqton rəqibinə ardıcıl həmlələr etdi. Xüsusən “ticarət savaşları” Çinin yüksəliş tempini yavaşlatdı. Çin iqtisadiyyatı 2012-ci ildə 7,9%, 2013-də 7,8%, 2014-də 7,3% 2015-də 6,9%, 2016-da 6,7%, 2017-də 6,8%, 2018-də 6,6% ve 2019-cu ildəysə 6,1% lik iqtisadi böyümə göstəriciləri əldə edib. 2019-cu ildə böyümə indeksindəki geriləmə Çinin son 29 ildəki ən aşağı iqtisadi göstəricisidir və buna səbəb sözügedən ticarət savaşlarıdır.

Çin iqtisadiyyatına daha böyük zərbəni isə koronavirus vurdu. Belə ki, Dünya Bankı Çinin koronavirus dövründəki iqtisadi göstəriciləri ilə bağlı hesabat yayınlayıb. Hesabatda Çin üçün 2019-cu il göstəricilərinə görə proqnozlaşdırılan 6.1%-lik iqtisadi böyümə, 2020-ci il koronavirus pandemiyası ilə əlaqədar olaraq 2.3%-ə qədər endirilib. London mərkəzli Capital Economics şirkətinə görə isə Çinə son 3 ay ərzində dəyən zərər 280 milyard dollar civarındadır. Ekspertlər koronavirusla bağlı beynəlxalq iqtisadi daralmanın davam edəcəyini bildirir. Bu isə dünyanın ən çox məhsul istehsal edən ölkəsi olan Çin üçün yeni problemlərin başlanğıcıdır. Son həftələrdə neftin qiymətində müşahidə edilən ucuzlaşma Çinin 12 milyard dollar dəyərində qənaət etməsinə səbəb olsa da bu Pekin iqisadiyyatının rahat nəfəs alması üçün yetərli rəqəm deyil.

Koronavirus dövründə Çin üçün ən ciddi problem ölkəyə investisiya cəlb etməkdə yaşanan sıxıntıdır. Belə ki, Çin iqtisadi yüksəlişinin arxasında ölkəyə yatırılan külli miqdarda investisiyalar durur. Pandemiya isə Çinə olan investisiya axınını dayandıra bilər. Yeri gəlmişkən, pandemiyanın Çində ortaya çıxdığı dövrdə açıqlama verən ABŞ ticarət naziri Vilbor Ross koronavirusun Çin iqtisadiyyatına təsirini belə şərh etmişdi:

“İşlər (investisiya) ABŞ-a qayıdacaq, Şimali Amerikaya yönələcək”. Rossun açıqlamasını belə şərh etmək olar: “Koronavirus Çinə investisiya qoyan ABŞ şirkətlərinin vəsaitini yenidən ölkəyə qaytaracaq”.

Bütün bu mənfi hallara rəğmən Çin hələ də dünyanın ən çox məhsul istehsal və tədarük edən dövlətidir. 15 trilyon dollarlıq büdcəsi ilə ABŞ-dan sonra ən böyük iqtisadiyyata sahib ölkə də məhz Çindir. Qeyd edək ki, ABŞ və Avropadan fərqli olaraq Çin koronavirus şokundan daha tez ayıldı. Hazırda bu ölkədə demək olar ki, karantin bitib və istehsalat prosesi davam edir.

Bu arada qeyd etmək lazımdır ki, koronavirus ABŞ və Çin arasında soyuq rəqabətin yeni fazasına çevrilib. Belə ki, ABŞ Çini virus təhlükəsini dünyadan gizlətməkdə və dünyanı bu pandemiyaya yoluxdurmaqda ittiham edir. Hətta Tramp koronavirusu Çin virusu adlandırıb. Çinsə öz növbəsində ölkəsinə bu virusun 2019-cu ildə Vuhana gələn ABŞ hərbçilərindən bulaşdırıldığını elan etməklə virusun yayılmasında ABŞ-ı ittiham edib. Beləliklə, tərəflər arasında bu dəfə propaqanda savaşı başlayıb. Bu propaqanda savaşında ABŞ Çini virusun mənbəyi kimi təqdim etməklə bu ölkəyə yönələn investisiyanın qarşısını almağa çalışır. Həmçinin ABŞ pandemiyanın bütün dünyaya yayılmasının səbəbkarı olaraq Çini göstərməklə onu beynəlxalq ictimaiyyət qarşısındakı nufuzuna zərbə vurmağı hədəfləyir.

Çin isə ABŞ-ın başlatdığı bu propaqanda savaşına iki istiqamətdə cavab verir. ABŞ-ı ittiham etməklə və humanitar dipliomatiya ilə...

Çinin humanitar diplomatiyası

İkinci dünya müharibəsindən sonra ABŞ SSRİ təhdidi və müharibənin fəsadlarını aradan qaldırmaq məqsədilə öz müttəfiqləri üçün iqtisadi yardım proqramı olan “Marşal planı”na start vermişdi. Amerika bu plan sayəsində Avropa iqtisadiyyatını dirçəltmiş və müttəfiqlərini öz təsir dairəsində saxlaya bilmişdi. “Bu gün Avropanın və dünyanın pandemiyanın yaratdığı iqtisadi və sosial böhrandan qurtulması üçün yeni Marşal planlarına ehtiyacı var” - bunu Aİ komissiyası sədri Ursula von der Leyen deyib. Lakin ABŞ-ın hazırda bu planı həyata keçirmək üçün gücü yoxdur. Belə ki, hazırda dünyanın ehtiyacı olduğu Marşal planı həm tibbi-humanitar, həm də iqtisadi yardımları özündə ehtiva edir. Bu planı həyata keçirəcək dövlət yalnız o dövlət ola bilər ki, özü koronavirusla müharibədən qalib ayrılsın. Rəsmi açıqlamalara diqqət yetirsək bu dövlət məhz Çindir. Belə ki, virusun ilk görüldüyü ölkə olan Çində indiyədək təqribi 82 min 249 insan virusa yoluxub, 77 min 738 insan sağalıb, 3 min 341 nəfərsə xəstəlikdən dünyasını dəyişib.

Çin koronavirusa qalib gəldiyini elan edərək ABŞ-ın onun əleyhində formalaşdırdığı kampaniyanı tərsinə çevirmək üçün özünün humanitar diplomatiyasına start verib. Bu diplomatiya çərçivəsində İtaliyaya dünyadan ilk yardım Pekindən gəlib. Çin, ilkin mərhələdə 9 mütəxəssisdən ibarət bir tibbi heyəti və böyük miqdarda tibbi məmulatı Avropada pandemiyanın mərkəzi halına gələn İtaliyaya göndərib. İspaniyaya 500 min Belçikaya 5 milyon, Serbiya və Çexiyaya bir milyon, Macarıstan və Xorvatiyaya isə təqribən 60 tonluq tibbi yardım göndərən Çin Avropa İttifaqından heç bir yardım ala bilməyən ölkələrin “uzaq qəhrəmanına” çevrilib. Ötən günlərdə Macarıstan və Serbiya liderləri Çinə özəl təşəkkür mesajları göndərib. Avropa İttifaqı (AB) Komissiyasının sədri Ursula von der Leyen isə Çinin Avropa İttifaqına 2 milyon tibbi maska, 200 min N95 maska ve 50 min test bağışlayacağını elan edərək sözügedən yardımlara görə rəsmi Pekinə minnətdar olduqlarını bildirib.

Qeyd edək ki, humanitar diplomatiya strategiyası çərçivəsində Çin ümimilikdə 82 ölkeye test, tənəffüs cihazı ve qoruyucu geyim göndərib.

Çinin bu diplomatiyası koronavirusla müharibə aparan dünya üçün yeni humanitar “Marşal planı” funksiyasını icra edir. Çinin humanitar diplomatiyasının yekun hədəfi özünün beynəlxalq imicini qorumaq və dünya liderliyində ABŞ-a meydan oxumaqdır.

Qeyd etdiyimiz kimi koronavirus Çin və ABŞ arasında davam edən soyuq rəqabəti daha da gücləndirdi. Bu iki qlobal güc böyük bir ehtimalla postkorona erasındakı dünya nizamını formalaşdıracaqlar. Dünya nizamının hansı dövlətin xeyrinə formalaşacağı isə rəqabətin nəticəsindən asılıdır. Hazırda iqtisadi çətinliklərlə üzləşsə də Çin məharətli diplomatiyası ilə beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. ABŞ isə nəinki dünyada, hətta öz qitəsində belə pandemiya dövründə “xal itirir”.

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı