Qarabağın hər bir erməni sakininin Azərbaycana yazılı şəkildə sədaqət andı içməsi lazım gələcək ekspert

Analitika 11:59 24.11.2020

Qarabağda müharibənin bitməsinə baxmayaraq, münaqişə hələ ki, tam olaraq həllini tapmayıb.

Politoloq və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəxri doktoru Oleq Kuznetsov Eurasia Diary-yə müsahibəsində bu barədə fikirlərini söyləyib.

Politoloq münaqişənin tam həllini Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə bərpa edilməsində gördüyünü deyib. Bundan sonra isə bölgədəki erməni əhalisinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün tədbirlər görülməli olduğunu bildirib.

“Təbii ki, ermənilərin etnik qrup kimi heç bir xüsusi hüququ olmamalıdır. Bundan əlavə, hesab edirəm ki, keçmiş "Artsax" sakinlərinin hər birinin Azərbaycan vətəndaşlığına qəbulu fərdi qaydada həyata keçirilməlidir. Belə ki, onların hər birinin Azərbaycana qarşı hərbi və digər cinayətlərin törədilməsində iştirakı yoxlanılmalı və yalnız bundan sonra vətəndaş hüquqları tam şəkildə təmin edilməlidir. Ola bilər ki, Qarabağdakı hər bir erməni sakini Azərbaycana yazılı şəkildə sədaqət andı içsin və buna qədər isə onlara dövlət büdcəsindən təqaüd, sosial müavinət, maaş verilməsin. Onlar Azərbaycan daxilindəki hüquqi sosiallaşmada vətəndaşlığı olmayan şəxsdən vətəndaşa çevrilən yolu keçməlidirlər, əks təqdirdə başlarından erməni təbliğatının sərsəmliklərini çıxartmaq çətin olacaq. Azərbaycanın isə yeni vətəndaşları arasında Kəlbəcəri yandıran piromanyaklara dəqiq ehtiyacı yoxdur”, politoloq bildirib.

Politoloq gələcəkdə iki xalqın Qarabağ ərazisində birgə yaşamasının mümkün olduğunu düşünür, lakin bunun üçün könüllü olaraq “fərdi denazifikasiya kursu” keçməyin lazım olduğunu qeyd edir.

“Bu halda iş fərdi və məqsədyönlü şəkildə aparılmalıdır. Ölkə rəhbərliyi hər bir yeni vətəndaşını yalnız ideoloji cəhətdən yenidən tərbiyə etməməli, həm də onun yeni çoxmillətli sosial mühitdə yer tapmasına diqqət ayırmalıdır. Düşünürəm ki, bu fəaliyyətdə əsas işi hüquq-mühafizə orqanları deyil, ombudsman aparatı və ya insan hüquqları üzrə müvəkkil yerinə yetirməlidir və onların səlahiyyətlərinə Azərbaycanın erməni əhalisinin ictimai-siyasi uyğunlaşması üzərində işləmək daxil edilməlidir”, Oleq Kuznetsov əlavə etdi.

Kuznetsov tarixçilərin bu mərhələdə münaqişənin həllinə kömək edə biləcəyinə əmin deyil.

“Bəlkə də 15 və ya 20 ildən sonra onlara ehtiyac olacaq. Ancaq hələ ki, hərbi polis və xüsusi xidmət orqanlarının fəaliyyəti daha aktualdır: Ermənistan əhalisi ciddi inzibati nəzarət altında saxlanılmalı, İrəvan və diaspora ilə təmaslara nəzarət edilməli, erməni millətçilərinin Azərbaycandakı erməni əhalisinə ideoloji təsir göstərmək cəhdlərinin qarşısı alınmalıdır”, Oleq Kuznetsov qeyd edib.

Vladimir Putin son çıxışında Qarabağın Azərbaycanın hüquqi ərazisi olduğunu desə də, Dağlıq Qarabağın statusunun bəlli olmadığı ifadəsini işlətdi. Oleq Kuznetsovun fikrincə, Prezident Putin bu açıqlamasında Dağlıq Qarabağ münaqişəsi tarixində son nöqtəni qoymaq üçün Azərbaycanın ölkə daxilində bu bölgənin statusu ilə bağlı bəzi hüquqi qərarlar qəbul etməsi lazım olduğunu nəzərdə tutub.

“Çox güman ki, Azərbaycan qanunları və qanunvericilik sistemi haqqında təsəvvürümə əsasən, Qarabağın Azərbaycan daxilində statusu, bütün mürəkkəb prosedura uyğun olaraq konstitusiya qanununun qəbul edilməsi şəklində müəyyən ediləcək. Mənə elə gəlir ki, bu qanunla ölkənin ümumi yurisdiksiyası, onun tərkibinə sonradan daxil edilmiş əraziləri əhatə etməlidir. Bu proses bir neçə il çəkəcək. Bu mənada, prezident Putin təmamilə haqlıdır: indi Qarabağın de-fakto statusu - Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidir və o hələ de-yure Azərbaycanın tərkib hissəsi olmalıdır. Putin Qarabağın statusunun hələ müəyyənləşdirilmədiyini söyləyərkən məhz bunu nəzərdə tuturdu. Ancaq bu məsələ Azərbaycanın tamamilə daxili işidir, bunu müstəqil şəkildə, heç bir xarici təsir və təzyiq olmadan həll etməlidir və həll edəcək”, deyə politoloq fikrini tamamlayıb.

Müsahibəni aldı və tərcümə etdi: Gülnar Səlimova

Qarabağ Universitetində hansı fənlər tədris olunacaq? – Deputat Naqif Həmzəyevlə MÜZAKİRƏ

Xəbər xətti

Bakıda külək güclənib – FAKTİKİ HAVA
16:20 05.12.2023
Bu ölkədə həyat yoldaşının doğum gününü unutmaq HƏBS CƏZASI sayılır
Bu ölkədə həyat yoldaşının doğum gününü unutmaq HƏBS CƏZASI sayılır
16:15 05.12.2023
Telman Qasımovun İrəvan səfərinin DETALLARI AÇIQLANDI: "Ermənilərdə heç bir şübhə doğurmadım"
Telman Qasımovun İrəvan səfərinin DETALLARI AÇIQLANDI: "Ermənilərdə heç bir şübhə doğurmadım"
16:09 05.12.2023
Hərbi xidmət müddətinin aşağı salına bilər? - Ədalət Verdiyev ŞƏRH EDİR
16:00 05.12.2023
Xırdalanda “Prius” ana ilə övladını VURDU
15:55 05.12.2023
Nepal Rusiyanı ölkədən muzdlular almamağa çağırıb
Nepal Rusiyanı ölkədən muzdlular almamağa çağırıb
15:50 05.12.2023
Zibil qutusundan tapdığı "Makarov"u polisə təhvil verdi
15:48 05.12.2023
Ukrayna-Polşa sərhədində məlhsul ticarəti 40-ə qədər azalıb
Ukrayna-Polşa sərhədində məlhsul ticarəti 40-ə qədər azalıb
15:45 05.12.2023
Səfər Mehdiyevin qohumu da işindən çıxarıldı
Səfər Mehdiyevin qohumu da işindən çıxarıldı
15:39 05.12.2023
Təkbətək görüşlər alternativi olmayan yeganə sülh formatıdır? - Beynəlxalq ekspertlər arasında SORĞU
15:30 05.12.2023
8 Noyabr prospektində avtomobil piyadanı öldürdü
15:29 05.12.2023
ANAMA əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib - YENİLƏNİB
15:17 05.12.2023
Nigeriyada səhvən atılan dron raketi 85 nəfəri öldürüb
Nigeriyada səhvən atılan dron raketi 85 nəfəri öldürüb
15:15 05.12.2023
Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək
15:13 05.12.2023
Bakıda bu məktəbin müəllim və şagirdləri qızılcaya YOLUXDU
Bakıda bu məktəbin müəllim və şagirdləri qızılcaya YOLUXDU
15:06 05.12.2023
Hansı kitab mütləq oxunmalıdır? - Yazarlar arasında ədəbi SORĞU
15:00 05.12.2023
Avropa İttifaqı Ermənistana yeni missiya GÖNDƏRİR
14:58 05.12.2023
Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb
Bakı metrosundan gündəlik istifadə edənlərin sayı 593 mini ötüb
14:55 05.12.2023
Mərkəzi Bankın baş direktoru vəzifəsindən AZAD EDİLDİ
14:49 05.12.2023
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
14:42 05.12.2023
Kahramanmaraşda ZƏLZƏLƏ
Kahramanmaraşda ZƏLZƏLƏ
14:36 05.12.2023
Rusiya bankı "Apple" telefonlarının istifadəsinə qadağan qoyub
Rusiya bankı "Apple" telefonlarının istifadəsinə qadağan qoyub
14:30 05.12.2023
Ceyhun Bayramov: “Xəzəryanı dövlətlər arasında qarşılıqlı fəaliyyət üçün hüquqi baza yaradılır”
Ceyhun Bayramov: “Xəzəryanı dövlətlər arasında qarşılıqlı fəaliyyət üçün hüquqi baza yaradılır”
14:20 05.12.2023
Hindistanda leysan yağışlar nəticəsində azı 7 nəfər ölüb
14:12 05.12.2023
SOCAR və “TotalEnergies” metan emissiyalarını azaltmaq üçün səylərini birləşdirir
SOCAR və “TotalEnergies” metan emissiyalarını azaltmaq üçün səylərini birləşdirir
14:05 05.12.2023
Şuşa‒Laçın avtomobil yolu yenidən qurulacaq - SƏRƏNCAM
14:02 05.12.2023
İsrailin Bufer Zona planı - Sülh yoxsa “parçala və böl” siyasəti? - Patrik Uelş ilə ŞƏRH
14:00 05.12.2023
“Bir kəmər, bir yol” uğrunda mübarizə qızışır
“Bir kəmər, bir yol” uğrunda mübarizə qızışır
13:50 05.12.2023
Metro və avtobuslarda oğurluq edən şəxs TUTULDU
Metro və avtobuslarda oğurluq edən şəxs TUTULDU
13:40 05.12.2023
Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının geniş tərkibdə görüşü KEÇİRİLİR
13:30 05.12.2023
Şuşa‒Laçın avtomobil yolu yenidən qurulacaq - SƏRƏNCAM
13:13 05.12.2023
Qüdrət Həsənquliyevdən TƏKLİF: Milli Məclisin adı dəyişdirilsin
Qüdrət Həsənquliyevdən TƏKLİF: Milli Məclisin adı dəyişdirilsin
13:09 05.12.2023
Ağdərə rayonu YARADILDI
13:03 05.12.2023
Şuşanın bir sıra kəndləri Xocalıya verildi
12:55 05.12.2023
"HƏMAS liderləri tunellər vasitəsilə Qəzzadan Misirə qaça bilər" - İsrail Silahlı Qüvvələrinin spikeri
"HƏMAS liderləri tunellər vasitəsilə Qəzzadan Misirə qaça bilər" - İsrail Silahlı Qüvvələrinin spikeri
12:51 05.12.2023
“İlham Əliyevi Sankt-Peterburqda gözləyirik” – Lavrov
“İlham Əliyevi Sankt-Peterburqda gözləyirik” – Lavrov
12:48 05.12.2023
Qərbi Azərbaycan icmasının portalı fəaliyyətə başlayacaq
Qərbi Azərbaycan icmasının portalı fəaliyyətə başlayacaq
12:46 05.12.2023
Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının görüşü keçirilir
12:40 05.12.2023
Milli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı layihəni müzakirə edir
12:35 05.12.2023
59 nömrənin lənəti - Hüseyn Cavid haqqında Maraqlı faktlar
12:30 05.12.2023
Hamısı