Rusiya-Ukrayna münasibətlərinin bugünkü vəziyyətə gəlib çıxması Qərbin oyunlarının nəticəsidir. Həmçinin, Co Baydenin ABŞ prezidenti seçilmədən öncə verdiyi vədlər indiki vəziyyətə səbəb oldu. Yəni Baydenin “dünya çoxqütblü yox, bir qütblü olacaq” deməsi Rusiyaya qarşı ikinci dəfə soyuq müharibənin açılması demək idi”.
Ukrayna illərdir ki, Qərb tərəfindən hazırlanırdı. Çünki Krımın ilhaqı, Donbassda, Luqansk və Donetsk ərazilərinin Rusiya tərəfindən tutulması onsuz da nə vaxtsa partlayışa səbəb olacaqdı. Ukraynada yeni bir simanın, Volodimir Zelenskinin hakimiyyətə gəlməsi iki hadisədən birinin baş verməsinə səbəb olacaqdı. Ya Krım və Luqansk, Donetsk əraziləri tanınmalı idi, ya da məsələ böyüməli idi. Təbii ki, məsələ böyüməyə başladı. NATO Rusiyaya tərəf gəldikcə ona reaksiya verməli idi.
İki dövlət arasında olan danışıqların nə nəticə verəcəyini və müharibənin nə vaxt başa catacağı ən cox düşünülən məsəslədir. Həttda bir həftə belə içində müharibənin sülhə cevriləcəyini belə deyənlər var.
Bu gün heç kim müharibənin bir həftəyə bitəcəyini deyə bilməz. Bu gülünc çıxar, çünki ora gələn rus əsgərlərinin heç 1 həftəyə çıxması da mümkün deyil. Artıq danışıqların 4-cü mərhələsi baş tutub. Bu görüşdə orta yol kimi NATO-ya üzv olmamaq məsələsi göstərilirdi. Ancaq hamı bilir ki, onsuz da Qərb Ukraynanı nə NATO-ya, nə də Avropa Birliyinə qəbul edəcək. Bunu ukraynalıların özləri başa düşməlidir. Müharibənin tamamilə başa çatması Ukraynadan asılıdır. Bu gün Amerika istəsəydi, NATO ordusunu gətirib orada yerləşdirərdi, ancaq bu ona lazım deyil. Çünki bu addım üçüncü dünya savaşına səbəb ola bilər. Amerika və Qərb Ukraynada yalnız silah yardımı edir ki, onların yerinə muzdlular gəlib döyüşsün. Bu, əslində Ukraynanın çökməsinə gətirəcək. Çünki Ukrayna üçün nə qədər maddi yardım göndərilsə də, müharibədən sonra yenidənqurma xeyli zaman alacaq. Ukraynanın ən böyük səhvi Qərbə güvənib nəsə addım atmaq idi.
Ukrayna atəşkəsin olmasını istəyirsə, özü bunun üçün yol xəritəsi çəkməlidir. Ukrayna NATO üzvlüyündən tamamilə əl çəkməlidir. Eyni zamanda Avropa Birliyinə qoşulmayacağını bəyan etməlidir. Onsuz da Ukraynanı qəbul etməyəcəklər. Bundan sonra Rusiya ilə oturub Luqansk və Donetsklə bağlı məsələni müzakirə etməlidir. Burada Rusiyanın təhlükəsizliyinin qorunması Rusiya üçün çox vacibdir. Ukrayna bunun qarantiyasını verməlidir. Əks halda Rusiya geri çəkilməyəcək.
Artıq Rusiya səhv addım belə atsa, geri çəkilə bilməz. Çünki Rusiya geri addım atsa, prestiji, statusu sıfıra bərabər olacaq. Sanksiyalara onsuz da Rusiyanı çökdürəcək və geri salacaq. Amma nüvə silahına malik olan bir ölkənin geri çəkilib, imicinin sıfıra bərabər olması yolverilməzdir. Rusiya heç vaxt buna getməyəcək. Ona görə də Ukrayna müharibəsinin nə vaxt bitəcəyini demək mümkün deyil. Türkiyə, Belarus, ABŞ, hətta Avropa Birliyi üçüncü tərəf kimi araya girib, atəşkəs vəziyyətinin yaranmasına səbəb ola bilər. Bundan sonra torpaq bütünlüyünün tanınması, ardınca sülh sazişi imzalana bilər. Ancaq ABŞ qarşısına konkret olaraq Ukraynadan istifadə edərək Rusiyaya ilə müharibə aparmağı məqsəd qoyub bunu bir tək deyəsən ukraynalılar anlamır.
Bəşər Əsədin dediyi kimı Qərbin Rusiyaya görünməyən nifrəti beynəlxalq qanunlardan belə üstündürdür.
Ramiyə Məmmədova
