Qərbin yeni oyunu: Kosovo və Çin-Tayvan gərginliyinin hədəfi kimdir?

Analitika 20:09 02.08.2022

Ukrayna-Rusiya müharibəsinin ardınca Çinlə ABŞ arasında gərginlik, habelə Kosovo böhranı yenidən baş qaldırıb. Son zamanlar daha da dərinləşən böhran vəziyyət dünyanın müxtəlif guşələrində yeni ocaqların meydana gəlməsini deməyə əsas verir.

Bəs, bunun səbəbi və səbəbkarı kimlərdir? 

Artıq son aylarda Çinin Tayvana hücüm təhlükəsi və Qərbin Çinlə qarşı-qarşıya gəlməsi gündəmdə əks-səda doğurmaqdadır. Bundan əlavə, Kosovo probleminin yenidən baş qaldırması Balkanlarda dincliyi yenidən aradan qaldırıb. 

Blinkenin belə açıqlama verməsi məhz bu səbəblərdən qaynaqlanır” - Siyasi  ekspert

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov gərginliyin ümumi məğzi barədə Ednews-a danışarkən bildirib ki, Qərbin, xüsusilə ABŞ-ın belə gərginliyi yaratması Çinin potensiyalını zəiflədərək onu özündən asılı vəziyyətə salmaq məqsədi daşıyır.   

“Çinlə ABŞ arasında yaranan gərginlik son illərin ən çox müşahidə edilən hadisələrindəndir. Xüsusilə ABŞ-ın Çini hər tərəfdən mühasirəyə alma siyasəti , Cənubi Çin dəhlizi məsələsi, o cümlədən AUKUS paktının gündəmə gəlməsi, ABŞ- Yaponiya və Cənubi Koreya münasibətlərinin gərginləşməsi bunu deməyə əsas verir. Qeyd etmək istərdim ki, proseslərin gərginləşməsi hələ Donald Trampın prezident olduğu dönəmdən başlayıb. Həmin dövrdə hətta münasibətlər ABŞ-la Çin arasında ticarət müharibəsinə belə gəlib çatıb. Bu səbəbdən də düşünürəm bundan sonra da ABŞ münasibətləri gərgin olaraq saxlamağa çalışacaq. Çünki burada ABŞ-ın başlıca məqsədi Çini çevrələməklə onu özündən asılı vəziyyətə salmaqdır. Tayvan məsələsində Çin artıq böyük bir dilemma ilə üzləşib. Çin nə Tayvana hücum edə bilir, nə də geri addım atmaq fikrindədir. Burada an məsələsi var; əgər ABŞ Tayvana müdaxilə edərək onun müstəqil dövlət elan edilməsinə nail olarsa, bu Çinin məğlubiyyəti sayıla bilər”.

Bundan əlavə, Samir Hümbətov Qərbin yaratdığı gərginlik ocaqlarının məntiqini belə izah edib:

“Dünyanın inkişaf tempi müxtəlifdir. Bilirsiniz ki, pandemiya dövründə ölkə iqtisadiyyatları ağır zərbələr aldı. Son iki il ərzində həmin dövlətlər 17 trilyona qədər vəsait xərcləyib. Bu isə hər dövlətin payına düşən təxminən 85 milyard dollar vəsait deməkdir. İqtisadi gərginlik, kapital itgisi dövlətlər arasında həm də gərginliyin yaranması deməkdir. 

Əlbəttə Qərb ölkələri silah satışından, enerji resurslarından istifadə etməyin yollarını bilirlər. Bunun ən əlverişlisi isə qaynar ocaqların yaradılmasıdır. Bu isə ən çox dini, etnik və siyasi fikir ayrılıqlarının mövcud olduğu bölgələrdə mümkündür. Məsələn elə Çin-Tayvan, Kosovo-Serbiya, Ukrayna-Rusiya və Yaxın Şərq bu ocaqlara bir misaldır. Bundan əlavə həmin ərazilərin uzun müddətdən bəri Qərbin təsiri altında olması onların orada casus şəbəkələrinin yerləşdirilməsinə gətirib çıxarıb. Nəticədə belə məqamlarda Qərb ölkələri bundan istifadə edərək qaynar ocaqları bir daha alovlandırmağa çalışır. Bir sözlə dünyada nə qədər gərginlik varsa bu Qərbin xeyrinədir. Çünki arada silah satışı, yeraltı və yerüstü sərvətlərin daşınmasından gələn gəlirlər Qərbin mənfətini artırır”.  

Politoloqun fikrincə baş verənlər həm də Rusiyanı hədəf alıb. O, qeyd edib ki, həm Çin-Tayvan, həm də Kosovoda yaranan böhran Rusiyanın bilavasitə gücünü zəiflətmək məqsədi daşıyır. 

“Təbii ki, Çin-Tayvan və Kosovo gərginliyi ümumilikdə Rusiyaya təsirsiz ötüşməyəcək. Əksinə bu gərginlik gələcəkdə münaqişənin daha geniş əraziləri əhatə etməsi deməkdir. Bundan əlavə Kosovo məsələsi Rusiyanın bilavasitə Balkanlardakı mövqeyinə ciddi zərbədir. Çinlə Tayvan arasındakı gərginlik isə Çinin sıxışdırılması və iqtisadi cəhətdən ondan asılı olan Rusiyanın son ümidini itirməsi deməkdir. Bu da təxminən 100 milyard dollar həcmində ticarət əlaqələrinin iflasa yuvarlanması deməkdir. Bu arada Yaponiya da artıq hərbiləşdirmə siyasəti xətti üzrə silahlanma və özünü müdafiə üçün dövlət büdcəsindən 100 milyard dollar vəsait ayırıb. Təbii ki, Əgər Çin uzaq şərqdə Qərbin də iştirakı ilə təklənərsə, burada Rusiya da onunla bərabər məğlubiyyətə uğrayacaq”.

Elnur Ənvəroğlu 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı