“Tehranın müdaxiləsi regionda ağır nəticələrə gətirib çıxara bilər” Expertdən İraqla bağlı mühüm AÇIQLAMA

Analitika 15:35 31.08.2022
“İran özünü bütün şiələrin himayədarı kimi görür. İraqda baş verən və yayılması ehtimal olunan toqquşmaların arxasında məhz bu ölkə dayanır”. 
 
Bu sözləri Ednews ilə açıqlamasında Türkiyənin Kocaeli universitetinin Siyasi Tədqiqatlar fakültəsinin professoru İrfan Kaya Ülger İraqda siyasi və hərbi qüvvələr arasında toqquşmaları şərh edərkən bildirib. 
 
Qeyd edək ki, İraqın siyasi və dini cəmiyyətində önəmli nüfuza, malik olan Müqtədə əs-Sədrin siyasətdən geri çəkilməsi ilə bağlı açıqlamasından sonra onun tərəfdarları küçələrə axışaraq geniş-miqyaslı nümayişlər keçirdiblər. Nümayişçilər hökumət binasına, prezident sarayına və bir dövlət qurumlarına hücumlar ediblər. Hökumətin silahlı qüvvələri və İrana yaxınlığı ilə seçilən Haşdi-Şaabi polis qüvvələri nümayişləri yatırmaq üçün silah gücündən istifadə ediblər. 
 
Nəticədə Əs-Sədrə bağlı olan Saray Əl-Salam və Mehdi qüvvələri nümayişçilərə dəstək verməkdən ötrü hökumət binalarının və bir ölkələrin səfirliklərinin yerləşdiyi yaşıl zonaya daxil olaraq Haşdi Şaabi və hökumət qüvvələrinə silahlı müqavimət göstərib. 
 
Əs-Sədrin növbəti açıqlamasından sonra nümayişçilər və silahlı birləşmələr sakitləşsə də, ölkədə hələ də təhlükəli vəziyyət davam etməkdədir. 
The EU set conditions for Turkey - sanctions may be imposed
 
 
Türkiyəli politoloq İrfan Kaya Ülger İraqda hakimiyyət uğrunda mübarizə getdiyini bildirib. Onun sözlərinə görə, bu mübarizə İranyönümlü şiə qüvvələri və ərəb millətçiliyini dəstəkləyən şiə qruplaşmaları arasında gedir. 
 
“Nuri əl-Maliki İranyönlü şiələrin siyasi lideridir. Haşdi-Şaabi hərbi qruplaşması onların təhlükəsizliyini təmin edən polis qüvvələridir. Bu qrup, həmçinin Suriyada da fəaliyyət göstərir. Digər tərəfdə isə şiəliyin mərkəzinin İraq olduğunu iddia edən Müqtəda əs - Sədrin başçılıq etdiyi şiələrdir.
Müqtəda əs-Sədrin başçılıq etdiyi siyasi cərəyan 2021-ci ilin oktyabrında İraqda keçirilən parlament seçkilərində qalib gələrək məclisdə yerlərin əksəriyyətinə sahib olub.  Lakin bütün bunlara baxmayaraq, onun partiyası hökumət qurmaq üçün sünni qüvvələr və kürtlər ilə razılığa gəlməli idi. Lakin nə o, nə də onun partiyası buna nail ola bilmədi. Nəhayət, əs-Sədr məcbur olub siyasi fəaliyyətdən getdiyini açıqladı. Bundan qəzəblənən Sədr tərəfdarları paytaxt Bağdadda və Bəsrədə Haşdi-Şaabi və hökumət qüvvələri ilə zorakı və silahlı toqquşmalara girdilər. Onlar Prezident sarayına və xarici ölkələrin səfirliklərinin yerləşdiyi yaşıl zonaya soxuldular.  Sədr tərəfdarlarının Şaabi milis qruplaşması və hökumət qüvvələri ilə toqquşmalarda 30 - a yaxın şəxs həlak olub və yüzlərlə  insan yaralanıb. Toqquşmalar başqa şəhərlərə keçərsə, İraqda vətəndaş müharibəsi qaçılmaz olacaq. 
 
Həmçinin hesab edirəm ki, İraqda baş verən hadisələr ABŞ-ın maraqlarına xidmət edir. Ona görə ki, Vaşinqton faktiki olaraq İraqın üç yerə parçalanmasını istəyir, yəni belə desək, Bəsrədə Ərəb Respublikası, ölkənin mərkəzində Şiə Respublikası və şimalda isə Kürt dövləti. Amerika öz planlarını addım-addım həyata keçirir”.  
 
Siyasi şərhçi İraqda vətəndaş müharibəsinin baş verməsi ehtimalından da danışıb.  
 
“Hazırda Bağdad və Bəsrədə baş verən toqquşmalar digər şəhərlərə keçərsə, ölkə bütünlüklə vətəndaş müharibəsinə sürüklənəcək. Burada İranın mövqeyi də önəmlidir. Tehran İraqdakı proseslərə müdaxilə edərsə, hadisələr daha da gərginləşəcək. İran rejiminin İraqın daxili işlərinə müdaxilə etməsi özündə də ağır problemlərə gətirib çıxara bilər. Çünki İranın etnik və dini tərkibi də çox mürəkkəbdir. İranın şimal-qərbində 30 milyon Azərbaycan türkü, Xuzistan bölgəsində ərəblər, İraq, Pakistan və Türkmənistanla sərhəd ərazilərdə kürtlər, bəluclar və türkmənlər yaşayır. İran rəhbərliyinin belə bir avantüraya əl atacağını düşünmürəm. Amma ağlını itirib İraqda şiələrin başçısı olmağa çalışsa, bunun əvəzini çox ağır ödəyəcək”.
 
İrfan Kaya Ülger fikrincə, buna baxmayaraq İraqdakı şiələrin heç də hamısı İran tərəfdarı deyil. O, vurğulayıb ki, Məhəmməd Bəkr əs Sədrin başçılıq etdiyi şiə hərəkatı Nəcəf və şiəliyin müqəddəs şəhərlərinin İraqda yerləşdiyini əsas gətirərək, İranla daha yaxın əməkdaşlıq etməkdə maraqlı deyillər.  
 
“Müqtəda əs Sədr də atasının bu siyasətini davam etdirir. Yəni İraq şiələrinin bir qolu İran əlehdarıdır və ərəb millətçiliyinə sadiqdir, digər qolu isə Nur Əl- Maliki və Haşdi Şaabi İrana bağlı olan şiə qruplaşmalarıdır. İran özünü bütün şiə coğrafiyasının, daha doğrusu, Livanda, İraq, Suriyada, Azərbaycanda və Körfəz bölgəsində yaşayan şiələrin himayədarı kimi görür. İraqda baş verən və yayılması ehtimal olunan toqquşmaların arxasında məhz İran dayanır. Amma digər tərəfdən, regionda siyasi qarşıdurmaları dərinləşdirmək istəyən və mikrodövlətlərin yaradılmasını açıq şəkildə ifadə edən ABŞ-ın mövcudluğunu da görmək lazımdır.
 
Siyasi analitik Kürd peşmərgə qüvvələri qanlı qarşıdurmaları və toqquşmaları fürsərt bilib Kərkükə soxulmaq və bu şəhəri nəzarət altına almaq ehtimalından da danışıb.
 
“İraq daxilində kürd qüvvələri hazırda Şimali İraqda yerləşdirilib. Bu bölgədə kürtlərin muxtariyyəti var. Bu idarəetməyə Bərzani sülaləsi başçılıq edir. Məsud Bərzani bir neçə il əvvəl ona verilən göstərişlərə əsasən müstəqillik ilə bağlı referendum keçirtdi, bu da Türkiyə ilə yaxın münasibətlərin korlanmasına səbəb oldu. Onun müstəqillik kampaniyası tamamilə iflasa uğradı. Hazırda o, ağılı başında olan şəxs kimi daha rasional işlər görməyə çalışır. Neçirvan Bərzani Ankara ilə müxtəlif mövzularda dialoq qurmağa xüsusi diqqət yetirir. PKK-ya məxsus silahlı qrupları öz aralarına daxil etməməyə çalışırlar. Əgər Bərzani rejimi kürt terrorçuları ilə yaxınlaşmağa cəhd göstərərsə,Türkiyə bölgədə hərbi əməliyyat keçirəcək, həm də onlar siyasi və iqtisadi cəhətdən bədəl ödəyəcəklər. Kərkükə gəlincə isə İraqın bu bölgəsində, eləcə də Mosulda təxminən 3,5 və 4 milyon türkmən yaşayır. Bu bölgələrdə türkmənlərə əsasən Həsən Turan və Erşad Salih rəhbərlik edirlər. Həmçinin, Kərkükdə və bir çox başqa şəhərlərdə türkmənlər, kürdlər və ərəblər qaynayıb-qarışmış şəkildə yaşayırlar. Hər halda, kürdlərin türkmənlərə qarşı hücumlarını gözləmirəm. Hamı bilir ki, belə bir şey olarsa, Türkiyə ciddi şəkildə müdaxilə edəcək. Birinci Körfəz müharibəsində yalnız diplomatiyadan istifadə edən Türkiyə eyni zamanda hərbi gücündən də istifadə etməkdən çəkinməyib. Hesab edirəm ki, İraq türkmənlərinə hücum ağılsızlıq ola bilər”.
 
Yunis Abdullayev 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı