Talibanın qadınlara qoyduqları QADAĞALAR Pakistanlı politoloq SƏBƏB VƏ NƏTİCƏLƏRİ AÇIQLAYIR

Analitika 14:23 23.12.2022

“Elm Çində də olsa, onun ardınca  gedin”…

Bu islamda elmə verilən qiymətdir. Hələ 7-ci əsrdə Məhəmməd peyğəmbər bu sözləri deyərkən həm də qadınları da nəzərdə tutur. Çünki onun digər bir kəlamında, “qadınlar əmanətinizdir” deyə vurğulanır.

Təəssüflər olsun ki, bu gün dünyanın bir çox yerlərində, xüsusilə də islam ölkələrində bu prinsiplərə riayət olunmur. Söhbət son günlər Əfqanıstanda müvəqqəti hökumətə rəhbərlik edən Taliban qrupunun qadın və qızları universitetlərdə təhsil almaq hüququndan məhrum edilməsindən gedir. 

Xatırladaq ki, bir zamanlar Taliban ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı Türkiyə və Pakistan tərəfindən dəstəklənən qüvvələrdən olub. Onun hakimiyyətə gəlməsilə bir çox boşluqların aradan qaldırılacağına ümidlər bəslənilsə də, bu özünü doğrulda bilmədi.    

Yaranan problemlə bağlı pakistanlı siyasi analitik Mahmud ul Həsən Xan Ednews-a açıqlama verərkən bildirib ki, Taliban ilk gəlişində doğru görünsə də onun prinsipləri xeyli təhriflərə məruz qalıb.  

“Fikrimcə, ortaya çıxan sosial-iqtisadi, geosiyasi və geostrateji acı reallıqlar onların arasında inam və rahatlıq səviyyəsini kəskin şəkildə dəyişib. Yaxın keçmişdə Pakistan və Türkiyə Əfqanıstanda sülh və sabitliyə nail olmaq üçün Asiyanın Dostları Forumu çərçivəsində birgə işləyirdilər, lakin təəssüf ki, sıfır səviyyəsində olan güc oyunu onu dağıtdı.

Əfqanıstan növbəti dəfə regionda təhlükəsizlik baxımından “parlaq nöqtə”yə çevrilib. Bu da Taliban müvəqqəti hökuməti ilə İslamabad və Pekin arasında artan “inamsızlığı” sürətləndirir. Belə ki, Talibanla Təhrik-i-Taliban Pakistan (TTP) və Əl-Qaidə arasında “müqəddəs ittifaq”ın yenidən yaranması mühüm regional paytaxtları sarsıdıb. Hətta ABŞ regionda bu “şər oxu” ilə bağlı ciddi narahatlıq nümayiş etdirir”.

Ekspertin sözlərinə görə, Talibanın müxtəlif qruplaşmaları və müxtəlif şəhər və vilayətlərə səpələnmiş sərkərdələri TTP və Əl-Qaidənin səssiz dəstəkçilərinə çevrilib. 

“Təəssüf ki, İŞİD Əfqanıstan torpaqlarında yenidən güclənməyə başlayıb. Taliban bu cəhətdən düşmənin əlində oyuncağa çevrilməyə başlayıb”, - deyə Həsən Xan belə vurğulayıb.

Təhsilə gəlincə ekspert qeyd edib ki, Talibanın elmə olan münasibəti sadəcə islamın adına bir utancdır. 

“Şübhəsiz ki, İslam əsas və ali təhsil almaqla əldə edilə bilən bilik, insan hikməti və məntiqini müdafiə edir, lakin təəssüf ki, Talibanın müvəqqəti hökumətinin İslamın əsas göstərişləri ilə bağlı öz şəxsi siyasəti və fəlsəfəsi var.

Bu baxımdan, qızların sadəcə olaraq təhsil almasına qadağa qoyulması islam dini adına bir utancdır. Bu yalnız onların tarixin keçmiş biabırçı əməllərinə, zəif insan hüquqları ənənələrinə, köhnəlmiş və qeyri-insani irsə söykənən yanaşmaları ola bilər.

Müvəqqəti Taliban hökumətinin region ölkələrinin, əsasən də Pakistan, Çin, Özbəkistan və Tacikistanın konstruktiv səylərinə əhəmiyyət verməməsi onun üçün böyük problemlər yaradır. Talibanın müvəqqəti hökumətinin regional tanınmasının ləngiməsi onların vətəndaş davranışından, siyasi yetkinliyə çata bilməməsindən irəli gəlir”.

Siyasi analitik həəmçinin qeyd edib ki, bu gün Pakistan və Türkiyə Əfqanıstanda azalan inzibati etimadın dirçəldilməsi üçün bütün mümkün diplomatik, sosial, siyasi və iqtisadi dəstəyi təmin etməklə, arzulanan regional sülh və sabitlik məqsədlərinə nail olmaq üçün yorulmadan səylə çalışır.

 “Artıq xeyli maliyyə və iqtisadi yardımla yanaşı, humanitar yardımlar ardıcıl olaraq ölkəyə göndərilib. Bununla əlaqədar olaraq, hər iki ölkə hazırda ABŞ hökuməti tərəfindən maliyyə aktivlərinin azad edilməsini tələb edib. Hesab edirəm Pakistan və Türkiyə əfqan xalqına təhsil, səhiyyə, infrastrukturun inkişafı, təmiz içməli su, insan alveri və narkotik vasitələrin istifadəsinə qarşı mübarizədə xeyli dəstək ola bilər”.

Elnur Ənvəroğlu

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı