Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi bizə nə kimi imkanlar yaradacaq? ANALİTİKA

Analitika 15:30 16.03.2023
 
Azərbaycan – Avropa İttifaqı arasında təxminən 30 ilə yaxın qarşılıqlı münasibət mövcuddur. Avropa ittifaqı 90-cı illərdən etibarən öz təsir sahəsini genişləndirmək siyasəti tətbiq edir. Çünki bu həm ittifaqın ümumi reputasiyasına müsbət təsir göstərir həm də Rusiyanın post-sovet ölkələrinə inteqrasiyasını məhdudlaşdırır. 
 
Avropa ittifaqının bununla birlikdə bizim regionumuzda geosiyasi və iqtisadi maraqlara sahib olması bizə qarşı olan perspektivini dəyişdirir.  Azərbaycanın Cənubi Qafqaz regionun təbii ehtiyatlarına görə ən dəyərli ölkə olması Aİ-nı cəlb edən əsas səbəblərdən biridir. Çünki belə bir reallıq mövcuddur ki, Avropa qitəsi dünyanın yerdə qalan digər qitələri arasından öz təbii ehtiyatlarının qıtlığına görə sadəcə Antarktidadan geri qalır. Məhz həmin bu səbəb qitə ölkələrinin təxminən kiçik bir qismi istisna olmaqla xarici ölkələrdən aslı qalmasına şərait yaradır. Nəzər yetirmək lazımdır ki, bütün Aİ üzvləri qaz və neft ehtiyatlarına görə ittifaq üzvü olmayan bir ölkədən aslıdır, o isə Rusiyadır. Bu ittifaq yarandığı tarixdən etibarən anti-rus bir ittifaq kimi mövcud olsa da, post-soyuq müharibə dönəmində bu motivini yumşaltmalı oldu 
Unutmaq olmazdı ki, Rusiya uzun müddətdir Avropanın ən böyük qaz ixracatçısı rolunu ifa edir. Günümüzdə mövcud olan Ukrayna – Rusiya müharibəsi və Aİ-nın burada Ukrayna yönümlü siyasəti bu imkanların çox böyük bir şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər.
 
Avropa ölkələrinin Azərbaycana olan ehtiyacı...
 
Yuxarıda qeyd olunduğu kimi Rusiya və Aİ arasında mövcud olan gərginlik, hazırda ittifaqın alternativ əməkdaşlıqlar axtarmasına şərait yaradır.
 
 Avropanın alternativ təbii qaz ehtiyatları əldə etmə imkanı tam şəkildə aşağıdakı kimidir:
 
1) ABŞ vasitəsi ilə sıxlaşdırılmış maye qaz idxalı
2) Şimali Afrika ölkələri ilə əməkdaşlıq
3) “Cənub Qaz Dəhlizi” alternativi
İlk olaraq qeyd edək ki,  ABŞ – dan maye qaz idxalı məsələsinə pozitiv baxılmır, çünki bu həddindən artıq bahalı bir prosesdir. Digər tərəfdən boru ilə qaz təminatının təşkili daha ucuza başa gəldiyi üçün ittifaq bütün maraqlarını buraya yönəldib. Elə ona görə də Şimali Afrika ölkələrinə və Azərbaycana olan ehtiyac artır, çünki an etibarı ilə Avropanı boru kəməri vasitəsi ilə qazla təmin edən 3 boru kəməri mənbəyi var: Azərbaycan, Şm.Afrika və Norveç. 
 
Hazırda həmin Afrika ölkələrindən gələn qaz ixracatı iki qat artırılıb. Norveçin belə bir imkanı yoxdur, daha doğrusu təmin edə bildiyi qədəri ilə dəstək göstərə bilir. Azərbaycan isə təxminən 10 ilə yaxındır ki, Avropa qitəsini qaz ehtiyatları ilə təmin edir. Burada bütün diqqətlər  “Cənubi Qaz Dəhlizi” layihəsinin TANAP və TAP kimi qaz boru kəmərlərinə yönəlir. Əlbəttə ki, məhz bu borular faktiki olaraq Avropanın hər il milyardla kub metr qazla təmin edir. 
Bəs bu əməkdaşlıq nə vaxta kimi davam edə bilər?
 
Prezident İlham Əliyev və Almaniya baş kansleri Olaf Şolts ilə keçirilən birgə konfransda bütün bu məsələlərlə bağlı aydınlıq gətirilib. Mətbuat konfransında ilk öncə kansler Azərbaycanı həm Almaniya, həm də Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaş adlandırıb. 
“Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, bu işdə Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur”, – deyə o,  öz fikrini ifadə edib.
 Bunun üzərinə İlham Əliyev isə bildirib ki, Azərbaycan Avropa məkanına qaz ixracını artırır.
 
“2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istəyirik”.
 
Dövlət başçısı fikirlərini ifadə etdikdən sonra kanslerin son ifadəsinə əlavə olaraq da, Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı olduğunu və gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəyini qeyd edib. 
Əlavə fakt olaraq qeyd edək ki, Azərbaycan Respublikası, Aİ arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qazı Avropa məkanına çatdırmağı planlaşdırır. İxracat proseslərinin daha sürətli olması üçün təbii ki, ittifaq öz sərmayələrini artırmağa çalışmalıdır. Bütün bu faktları nəzərə alaraq rahat bir şəkildə qeyd edə bilərik ki, bizim bu əməkdaşlığımız ən azı önümüzdəki daha 10 il ərzində davam edəcək. Bu müddət ərzində ölkəmizə gələn sərmayələr həm iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etməyimizə, həm də Avropa ölkələri ilə olan inteqrasiya prosesimizi sürətləndirəcək.
 
Bu iqtisadi imkanlardan savayı olaraq, ittifaq ilə əlaqələrimizin gücləndirilməsi Ermənistan münaqişəsinin həll yolunda əhəmiyyətli rol oynaya bilər. Ələxsus ittifaq ölkələrinin Qarabağdakı qondarma erməni respublikasını tanımaması və 44 günlük müharibə ərəfəsində Azərbaycanı dəstəkləməsi bunun bariz nümunəsidir. Ona görə ki, Azərbaycan çox böyük bir önəm kəsb edir və bu isə sonda bizim dünya siyasət arenasında sahib olduğumuz mövqeyi gücləndirir. Avropa bu regionda sülhü bərqərar etməklə həm dünyanın ən mühüm geosiyasi regionlarından birində sahib olduğu təsir sahəsini artırmaqla reputasiyasını möhkəmləndirəcək, həm də iqtisadi imkanlarını artırmış olacaq. Ən əsası da yuxarıda qeyd etdiyimiz boru kəmərlərinə də çıxışı olacaq. Buna geosiyasət elmində “qalib – qalib” situasiyaları deyilir. Qısaca hər iki tərəf (və ya tərəflər) məsələdən qazancla çıxır.
 
Nəticə olaraq söyləyə bilərik ki, bizim Avropa İttifaqı ilə əlaqələrimizi gücləndirməyimiz ölkəmizə çox böyük imkanlar yaradacaq. Hazırki, vəziyyət çox pozitiv yönümlü olsa da, gələcəkdə baş verə biləcək mühüm hadisələr və gedişatlar bizim əlaqələrimizin də hansı formada cərəyan etməsinə təsir göstərəcək.
 
Əkbər Şəbəndəyev
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı