Son zamanlarda Avropanı bürüyən miqrant qorxusu təkrar gündəmə gəlib. Böyük Britaniya hökuməti insan qaçaqmalçılığı ilə məşğul olan bandaları "dağıtmaq” üçün Türkiyə ilə müqavilə imzaladığını elan etdi. Lakin bunun üzərinə ötən günlərdə Böyük Britaniya kabinetinin yüksək səviyyəli naziri, Robert Cenrik hökumətin Böyük Britaniyaya gələn miqrantlar problemini həll etməyə kömək edəcəyi təqdirdə, Avropa İnsan Haqları Konvensiyasını (AİHM) tərk etməyə hazır ola biləcəyinə işarə etdi. Avropa dövlətləri arasından yeganə bu fikirlə ortaya çıxacaq ölkə elə əlbəttə ki, Böyük Britaniya olacaqdı. Ölkənin KİV – i xəbər verir ki, kabinetin üçdə biri konvensiyadan çıxmağı dəstəkləməyə hazırdır.
Ümumiyyətlə Böyük Britaniyada AİHM-dən çıxmaqla bağlı fikirləri dövri olaraq təkrarlanır. 2010-cu il seçki manifestində partiya “İnsan Hüquqları Konvensiyasını” Böyük Britaniya “Hüquqları haqqında Bill” ilə əvəz edəcəyini vəd etdi. 2015-ci il manifestində daha da irəli gedərək, “İnsan Hüquqları Konvensiyasını” ləğv edəcəklərini və Avropa İnsan Hüquqları Məhkəməsinin rolunu məhdudlaşdıracaqlarını, beləliklə, xarici cinayətkarların Britaniyadan daha asan deportasiya olunacağını" iddia etdilər. Hər iki məsələ 2019 və 2022 – ci illərdə də təkrar təqdim olundu, lakin qəbul olunmadı. Görünür məsələ təkrar gündəmə gətirilib amma bu dəfə dəstək belə davam edəcəyi təqdirdə qəbul ediləcək kimi görünür.
Böyük Britaniya hökümətinin bilməli olduğu tək bir şey var: Bu konvensiyadan ayrılmaq onlara xeyirdən çox ziyan gətirəcək.
Həqiqət budur ki, Böyük Britaniya AİHM-də bir sıra sazişlərə imza atıb. Böyük Britaniyanın ciddi problemlər yaratmadan konvensiyadan çıxmasının necə mümkün olacağını görmək çətindir.
Birinci məsələ Şimali İrlandiya ilə bağlıdır. 1998 – ci ildə İngiltərə ilə İrlandiya arasına “Yaxşı Cümə Sazişi” adlı bir müqavilə var. Həmin saziş AİHM-ə xüsusi istinad edir və aydın şəkildə bildirir ki, Britaniya hökuməti İnsan Hüquqları üzrə Avropa Konvensiyasını Şimali İrlandiya qanunlarına daxil etməyi və Şimali İrlandiya İnsan Hüquqları Komissiyasının yaradılmasını öhdəsinə götürür.
AİHM-in mətni açıq şəkildə göstərir ki, konvensiyanın yurisdiksiyasını Şm.İrlandiya Protokoluna uyğun olaraq sadəcə Şm. İrlandiya ilə məhdudlaşdırmaq mümkün deyil. AİHM-in iştirakçısı olan dövlətlərdən tələb olunur ki, konvensiyada təsbit olunmuş hüquq və azadlıqları “öz yurisdiksiyası daxilində hər kəs üçün təmin etsin”. Sadə dillə desək, AİHM-in ləğvi nəticədə Böyük Britaniyanın “Yaxşı Cümə Sazişi”nin şərtlərini pozmasına gətirib çıxaracaq.
İkinci məsələ Böyük Britaniyanın Avropa İttifaqı ilə münasibətlərinə aiddir.
AİHM Aİ hüququ olmasa da, Aİ Ticarət və Əməkdaşlıq Sazişində AİHM-ə istinadlar daxil etmişdir. Bu, xüsusilə hüquq-mühafizə və məhkəmə əməkdaşlığına aiddir. Qanunun aliliyinə və insan hüquqlarına hörmət həm də 2020-ci il Breksit sazişinin 'vacib elementlərindən' biri kimi göstərilib və onun pozulması müqavilənin ləğvinə haqq qazandıra bilər.
Nəhayət, Böyük Britaniya AİHM-i ləğv etsə, o da Avropa Şurasından çıxacaq. AİHM Şuranın ən böyük nailiyyəti olsa da, o, bir çox beynəlmiləl müqavilələrə, o cümlədən Böyük Britaniyanın 2022-ci ildə ratifikasiya etdiyi İstanbul konvensiyasına (qadınlara qarşı zorakılıqla mübarizə) cavabdehdir. O, həmçinin insan alveri və kibercinayətkarlıqla bağlı konvensiyalara cavabdehdir. Avropa Şurası beynəlxalq əməkdaşlıq üçün səmərəli forumdur. Aİ-dən çıxdıqdan sonra Böyük Britaniyanın bu məsələlərdə qonşuları ilə əməkdaşlıq etmək istəmədiyini bildirməsi təəssüf doğura bilər.
Yekun olaraq qeyd edə bilərik ki, Böyük Britaniya kimi görkəmli dövlət sözsüz bu cür çətin qərarları müzakirə edirsə, hər formada çarə yolu vardır. Lakin həmin o, çarə yolları tətbiq edilmədiyi üçün xalq arasında nə cür reaksiyalara səbəb olacaq bilinmir.