2024-cü ildə bütün dünya maraqlı bir şəkildə beynəlxalq aləmin iki aparıcı ölkələri olan, ABŞ və Rusiyada prezident seçkilərinə şahid olacaq.
Bu hadisə dünyanın yeni nizama keçidi ola bilərmi?
Sözsüz ki, bunu indidən söyləmək çətin olsa da, gəlin baş verən son hadisələrə nəzər yetirək.
Rusiyada mövcud vəziyyətdən də anlamaq olar ki, Putinin prezidentlik kreslosundan qalxması çətin məsələdir. Yaxın həftələrdə Putinin totalitar rejiminə səsini yüksəltmiş yeganə müxalifət üzvi Aleksandr Navalniyə 20 illik həbs cəzası verildi. Rus xalqının və Qərbin yeganə ümid kimi gördüyü şəxsi 1 ildən çoxdur sürgündə saxlamağı azmış kimi, həbs cəzası verərək yerini bir qədər də möhkəmlədib.
Bəs həqiqətənmi Rusiyada hakimiyyətə bir dənə də olsun başqa alternativ yoxdur?
Hələ ki, rəsmi olaraq namizədliklərini bildirən, İvan Otrakovski və Ustin Çaşçihindir. Hər ikisi də neytral partiya üzvüdür və həqiqətən önə çıxarıla biləcək fəaliyyətləri yoxdur.
Ötən gün Putinin dəyərli havadarı Lukaşenko, dünən televiziyada çıxışında “Rusiyanın növbəti prezidenti Putin olacaq” – deyə fikir də bildirdi.
Mövcud müharibə vəziyyəti sözsüz Putinə çox kömək olur. Ona görə deyildiyi kimi hansısa dəyişikliyin baş verməsini gözləyə bilmərik.
Əsas məsələ ABŞ seçkiləridir.
Sözsüz ki, ABŞ-da Rusiyadan fərqli olaraq seçkilər tamam fərqli üslubla və demokratik şəkildə keçirilir. Burada nəzər yetirməli olduğumuz əsas məqam Bayden hakimiyyətinin heç də ümid bəslənməyən qüvvə olmasıdır.
Baydenin də üzv olduğu Demokratlar partiyasının əlində hazırda bir güc daha var. Robert Kennedi Jr, keçmiş prezident Con Kennedinin qardaşı oğlu. Demokratların B planı kimi ehtiyatda saxladığı şəxs olduğunu qeyd edək.
Son bir neçə həftə ərzində keçmiş prezident Trampın həbs olunması məsələsi müzakirə olunur. Artıq seçkiləri pozmaqla bağlı 4 dəfə ittiham olunub.
Hazırda Demokratların qorxduğu tək şey Trampın hakimiyyətə gəlməsidir. Trampın ABŞ siyasətindən uzaq bir idarəçilik etməsi, senat daxilində heç də sevilən bir şey deyil. Bir neçə müşahidəçilər də həmçinin qeyd ediblər ki, Putin belə Trampın hakimiyyətə gəlişini gözləyir. Avropa da onu çox sevmir, lakin xalq gördüyün artıq görüb. İnflyasiya, III Dünya Müharibəsinin olma ehtimalı. Bunlar hamısı Baydenin reputasiyasını alt-üst etməklə yanaşı, Demokratların reputasiyasını məhv edib.
Tarix olaraq nəzər yetirsək, Rusiya prezident seçkiləri, ABŞ seçkilərindən bir neçə ay daha tez keçirilir. Əgər Putin hakimiyyətdə qalar və müharibə bu şəkildə davam edərsə, sözsüz ki, vəziyyət tamam fərqli olacaq.
Hazırda Bayden adminstrasiyasının hədəfi Respublikaçıların ən güclü namizədi Trampı həbs edərək seçkilərdən uzaqlaşdırmaq və müharibəni bitirməkdir.
Ələxsus il sonuna kimi gedişat tam fərqli şəkildə cərəyan edə bilər. Qərbi Afrikada da vəziyyət gərgin hal alıb. Bayden höküməti hər yerdən əhatələnib.
Görünür ABŞ – ın öz “Anakonda Planı” özünə qənim ola bilər.
Əkbər Şəbəndəyev