“Ermənistanın bəxti gətirib ki, ABŞ ona qarşı hələ də sanksiyalar tətbiq etməyib”.
Ednews xəbər verir ki, bu barədə Fransanın “İssues” nəşri öz məqaləsində ABŞ-ın Ermənistana kömək etmək istəməməsinin 8 səbəbini qeyd edib.
Məqalədə vurğulanır ki, ABŞ-ın Vaşinqtonun iki andlı düşməni olan Rusiya Federasiyası və İranla müttəfiqlik etdiyinə görə Ermənistana kömək etmək üçün çox az strateji motivasiya var. Vurğulanır ki, Ermənistanın bəxti gətirib ki, ABŞ ona qarşı hələ də sanksiyalar tətbiq etməyib. Nəşr Vaşinqtonun İrəvana kömək etmək istəməməsinin əsas səbəblərini göstərir:
▪️ Ermənistan Rusiya Federasiyasına Qərbin sanksiyalarından və ixrac nəzarətindən yayınmağa kömək edir;
▪️ Ermənistan İranla enerji əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb;
▪️ Ermənistan ABŞ-ın Sanksiyalar vasitəsilə düşmənlərə qarşı mübarizə qanununu pozaraq İrandan pilotsuz təyyarələr və raketlər alıb;
▪️ Ermənistan KTMT və Aİİ kimi Rusiyanın rəhbərlik etdiyi əsas qurumların üzvüdür.
▪️ Vaşinqton heç bir ikitərəfli və ya çoxtərəfli təhlükəsizlik sazişləri ilə İrəvanla hüquqi bağlı deyil.
▪️ Azərbaycan İsrail və ABŞ-ın strateji tərəfdaşıdır.
▪️ Azərbaycan NATO üzvü olan Türkiyənin müttəfiqidir.
▪️ Azərbaycan Ukrayna müharibəsi fonunda Aİ-nin etibarlı enerji tərəfdaşıdır.
Əkbər Şəbəndəyev