Fransanın Cənubi Qafqaz regionundakı təxribatçı və katalizator siyasəti gün keçdikcə də daha da qüvvətlənməyə başlayır. Makron bildirib ki, bu həftə Azərbaycan və Ermənistan liderləri ilə danışıqlar aparacaq. Fransa prezidenti beynəlxalq aləmdə Azərbaycana qarşı təzyiqləri artırmaq üçün yeni təşəbbüslə çıxış edəcəyini bildirir. Fransanın Azərbaycana qarşı düşmən mövqeyi ilk dəfə qarşılaşdığımız bir şey deyil. Lakin görünür bu dəfə öz məqsədində tam qətidir.
Bəs Makronu bu cür fırıldaq oyunlara vadar edən nədir və nəyə nail olmağı hədəfləyir?
Əvvəl məsələyə geniş prizmadan baxmaq lazımdır. İlk olaraq hədəf Fransanın Afrikada və öz daxilində itirdiyi nüfuzunu bərpa etməkdir. Niger, Mali və Burkina Faso kimi keçmiş müstəmləkələrində yaşadığı uğursuzluqlar, özünə vurduğu ziyanları azıymış kimi, Qərbə də müəyyən ziyan vurdu. Sadalanan ölkələrin hər birinin hazırda potensial anti-qərb təşkilatı olan “BRİCS” ə qoşulmaq ehtimallarını nəzərə alsaq, öz nüfuzunu nisbətən Cənubi Qafqaz fonunda bərpa etməyi planlaşdırır. Bu mövcud olan böhranda Ermənistanın mövqeyi tutulmaqla birlikdə, o, həmçinin erməni diasporundan daxili siyasətdə özünə bonus dəstək almağı da güdür.
Beləliklə, Fransanın əlində sahib olduğu imkanları bu şəkildədir:
Sahib olduğu hədəflərə nail ola bilmək üçün Hindistanı bölgəyə cəlb etməyə və Ermənistana İran vasitəsilə hind silahlarının verilməsini təşkil etməyə çalışır. Və görünür müxtəlif media agentliklərində artıq buna nail olduqları görünür.
Digər vasitəçi isə Rusiyadır. Hansı ki, ən qorxulu ssenari budur. Fransa ilə Rusiya tarixi müttəfiqdirlər. Doğrudur Aİ və ABŞ təzyiqi altında Ukraynaya dəstək göstərir. Lakin eyni zamanda müharibə vəziyyətində olarkən də Rusiyaya olan dəstəyini nümayiş etdirməkdən çəkinməyib. İki ölkə də ortaq hədəf sahibidir.
Ələxsus reallıqlar fərqlidir. Kiçik Qafqazın sahib olduğu bu böyük təsir göz önündədir. Tək Fransanın deyil, demək olar ki, bütün ölkələrin gözü bu regiondadır. Ona görə Azərbaycana qarşı təxribatçı Fransa üçün o qədər də asan bir iş olmayacaqdır. Hindistandan silah almaqla, İrandan silah daşımaqla Ermənistan baş verə biləcək “potensial” müharibədə qalib gələ bilməz. Bu dövr artıq bitdi. Yeni reallıqları Azərbaycan yazır. Bakı prosesləri necə idarə edəcəyini də yaxşı bilir.
.jpeg)
Əkbər Şəbəndəyev