Xəbər verdiyimiz kimi həftə sonu G20 ölkələri Yeni Dehlidə bir aya gələcək.
Qeyd etmək olar ki, 21-ci əsrin ən böyük geosiyasi maraqları bu görüşdə təhlil olacaq.
75 il əvvəl Birləşmiş Millətlər Təşkilatı yarananda İkinci Dünya Müharibəsinin dəhşətləri bütün geosiyasəti dəyişdi.
Yeni supergüc ABŞ Yaponiyaya iki atom bombası atdı, o zaman demək olar ki, sülhün təmin edilməsi üçün mühim bir qurum qurum yox idi.
G20 sammitində sülh mesajları....
Dünyada sülhün təmin edilməsi hələki illüziya olaraq qalır, çünki II Dünya müharibəsindən bu vaxta qədər, 250-dən çox münaqişə baş verib. Gedişatdan da anlamaq olur ki, fərd və dövlət anlayışı sülh üçün yaradılmayıb, güc həsrəti isə hər zaman çox cazib olub.
Lakin bütün bunlara baxmayaraq, gələn həftə sonu Hindistanda baş tutacaq G20 sammitinin tanıtım filmi sülh mesajları ilə doludur.
Narendra Modi, Hindistanın Baş Naziri
Amma təəssüf ki, reallıq başqadır. G20 sammit böhran dövründə baş tutan bir görüş olacaq. Ukrayna müharibəsi, Avropa da ifrat sağcılığın yüksəlişi, Saleh Afrika problemi, Çinin iqdisadi zəifləməsi beynəlxalq münasibətlərdə tənzimləməyə kölgə salır.
Xatırlatmaq yerinə düşər ki, bu fonda Rusiya prezidenti Vladimir Putinin də həbsinə dair beynəlxalq order verilib. Onun ölkə daxilində qalması sammit iştirakçılarını onunla necə davranmaq barədə utancverici sualından xilas edir.
ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin arasında çoxdan gözlənilən görüş, yəqin ki, baş tutmayacaq. Bunu ABŞ -ın Çinin əsas rəqibləri olan Tayvan, Yaponya və Cənubi Koreya ilə son dövrlər hərbi sövdələşmələr etməsidir.
Avropa vahid mövqedən çıxış etməlidir...
Son dövrlərdə baş verən proseslərdə həqiqət onu göstərir ki ABŞ-sız Avropa Rusiyanın təcavüzünü dəf edə bilməz.
Əsas olaraq da qərbi Avropa ölkərinin xüsusilə də Fransanın Aİ -nin digər ölkələri həmçinin ABŞ-la balanslı münasibəti saxlamaq məcburiyyəti var.
Ukrayna müharibəsi dünyanın hər yerində qərblehinə deyil..
Avropa hökumət başçıları ciddi şəkildə öyrəndilər ki, onların Ukrayna müharibəsində qəzəbləri hər yerdə paylaşılmır. Amma sadalanan ölkələrdə o qəzəb hissi yoxdur.
Afrika və Latın Amerikasının bir çox ölkələri üçün bu münaqişə, Avropa və Rusiya arasında yaşanan qarşıdurma kimi şəciyyələndirilir. Bunun əsas səbəbi kimi qeyd etmək olar ki, bu ölkələr Avropanı müstəmləkəçi dövlətlər kimi tanıyıblar və bu yaddaş hələ də təzədir.
Ötən həftə bir araya gələn BRİCS ölkələri , Cənubi Afrika, Braziliya, Hindistan, Rusiya və Çinin hakimiyyətdəki maraqları fərqlidir, lakin onları birləşdirən bir məqsəd var: ABŞ -ın gücünü tənzimləmək
Çin Amerikanın gücünü cilovlamaq istəyir.......
Bu Briks alyansı qanun ittifaqı deyil , getdikcə güclənən iqtisadi blokdur.
Prezident Xi ümid edir ki, bu ittifaq Amerikanın hegemonluğunu cilovlayacaq.
O, Çin əsrinə və Qərbin tənəzzülə uğradığına inanır. Son olaraq qeyd etmək lazımdır ki, əgər ABŞ və müttəfiqləri Şərq alyansı üçün bir çarə tapa bilməsələr bu ABŞ üçün ekstremal problemə çevrilə bilər.
Gülməmmədov Xəyal