Ərdoğan Putin görüşü, Qərbin narahatlığı, BRİCS üzvlüyü – Soçi görüşündən İNCƏ MƏQAMLAR

Analitika 17:55 06.09.2023
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Putinlə görüşü Soçidə axır ki, baş tutdu. Keçirilən görüşün məhz Türkiyənin Qərbə meyl etdiyi dövrə təsadüf etməsi də diqqətdən yayınmayıb. 
 
Qeyd edək ki, Kreml bu proseslərin baş verdiyi dövrdə Türkiyəyə qarşı mövqeyini bildirməkdən qəti şəkildə çəkinmədi. 
 
İsveçin NATO üzvlüyü, Ukraynanın Azov dəstəsi komandirlərinin Kiyevə qaytarılması kimi məsələlər Kreml tərəfindən qınanıldı və ABŞ ilə yaxınlaşma kimi qiymətləndirildi.
 
Lakin...
Türkiyənin Aİ – yə qoşulmasına maneələrin yaradılması və Kürd – terror qruplaşmalarının dəstəklənməsi kimi məsələlərin gündəmə gəlməsi, Ərdoğanın Rusiya ilə münasibət qurmaqda balanslaşdırılmış siyasətini daha da təkminləşdirməsinə gətirib çıxardı.
 
Ələxsus burada səbəbləri sırf bunlarla məhdudlaşdıra bilmərik. Türkiyənin bu görüşü keçirərək öz siyasi maraq dairəsində olan prosesləri müzakirə etməsi pozitiv bir məqamdır. 
 
İndi isə Soçi görüşünün yekunlarına nəzər salaq...
 
Görüşün başlıca mövzusu Ukrayna müharibəsi və taxıl dəhlizi məsələsi olub. Taxıl dəhlizi məsələsində Rusiya öz mövqeyində qalaraq, Qərbə öz şərtləri çərçivəsində müqaviləni bərpa edəcəyi vurğulayıb. Hazırda isə Kreml və Ankara emal edilən taxılın Afrikaya göndərilməsi ilə bağlı razılığa gəliblər. 
 
Danışıqlar zamanı iqtisadi əməkdaşlığa, o cümlədən milli valyutalardan istifadəyə və nüvə enerjisinin inkişafına xüsusi diqqət ayrılıb. Tərəflər Türkiyə qaz qovşağının yaradılması məqsədilə işçi qrupunun təsis olunması qərarına gəliblər. Bu da geosiyasi tarazlığı poza bilmə potensialı daşıyır.
 
Görüşdə eyni zamanda müdafiə nazirləri arasında iki ölkənin də ortaq maraq daşıdıqları münaqişə ocaqları da müzakirə edilib, lakin detallı açıqlama olmayıb.
 
Burada nəzərə almalı olduğumuz məsələ Çinin Ankaranı BRICS-də görmək istəyini məhz Soçi görüşü ərəfəsində açıqlaması idi. Bu isə baş verməsi yüksək ola biləcək ehtimallar çərçivəsində gedir. Ələxsus Türkiyə kənardan BRİCS – dəki və Aİ – dəki prosesləri izləyərək qərarını ona əsasən verə bilər. Nəticə etibarılə Aİ Türkiyənin üzvlüyünə pozitiv baxmır. Belə olduğu təqdirdə BRİCS özünü stabil bir təşkilat kimi formalaşdırsa, üzvlüyü də nəzərə almaq olar. Bu proses də Avropanı narahat edən məsələ olacaq.
 
Nəticə etibarı ilə isə onu qeyd etməliyik ki, bu görüşün baş verməsi çox pozitiv xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, bu iki ölkənin görüşü hər zaman qlobal maraq dairəsində olub. Çoxqütblü şəraitin hakim olduğu dövrdə, Türkiyə də geri qalmayaraq öz mövqeyini göstərmiş oldu. Soçi görüşü də onu göstərdi ki, Türkiyə xarici siyasətindəki balanslaşdırılmış kursu davam etdirəcək və Rusiya ilə münasibətləri diri saxlayacaq.
 
Əkbər Şəbəndəyev
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı