Tarixi təkərrür və Ermənistanın böyük səhvləri Əkbər Novruz yazır

Analitika 15:00 08.09.2023
Hadisələrə təkrar baxış...
 
Payız fəsli gəldi və Ermənistan yenidən 3 il əvvəl etdiyi səhvləri təkrarlamağa başlayıb. İlk öncə baş verən hadisələrə, daha doğrusu atılan səhv addımlara nəzər salaq...
 
-Ermənistan Müdafiə Nazirliyi ABŞ ilə “Eagle Partners” adı altında sentyabr ayının 11-dən 20-dək hərbi təlim keçirəcəyini vurğulayıb. 
-Fransanın Ermənistan yönümlü açıqlamalar verib.
-Paşinyan italiyan nəşrinə müsahibəsində Rusiyanı bütün problemin mərkəzi kimi göstərib.
-Son və acınacaqlısı isə Ermənistan Parlamentinin “Roma Statutu”nu ratifikasiya edəcəyi ilə bağlı qərar qəbul etməsidir.
 
Ermənistan Rusiyaya niyə arxa çevirir?
 
Göründüyü kimi Ermənistan özünü geosiyasi xəritədən silinməsinə şərait yaradacaq bütün addımları atıb. Ermənistan - Rusiya münasibətləri heç bir zaman olmadığı kimi gərgin hal alıb. Rusiya mediası yazır ki, prinsipcə, ABŞ və Ermənistanın  təlimlər keçirməsi faktı o qədər də qeyri-adi deyil. NATO ölkələri uzun müddətdir ki, Qafqaz dövlətləri ilə əməkdaşlıq edirlər. Lakin Kreml rəsmi İrəvana qarşı iradlarını gizlətmir, açıq şəkildə bildirir ki, bu ay Ermənistanda keçiriləcək ABŞ-Ermənistan təlimləri ilə bağlı xəbəri pis qarşılayıb. Bunu isə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov dilə gətirib.
 
Bundan əvvəl Ermənistan bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri onun ərazisində həyata keçirilə bilməz. Çünki bu Azərbaycan və Türkiyə arasında qalan ölkə üçün problem yarada bilər.
Əgər həqiqətəndə məsələ budursa və Ermənistan KTMT – nin digər təlimlərində iştirakı dəstəkləyirsə, bəs onun hərbçiləri Rusiya, Belarus, Qırğızıstan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi, sentyabrın 1-dən 6-dək keçirilən “Döyüş qardaşlığı” təlimlərində nə üçün iştirak etmədi?
 
Ermənilər Putinin həbsini istəyir…
 
Baş nazir Paşinyanın “La Repubblica” nəşrinə verdiyi müsahibədə Rusiyanı Cənubi Qafqazdakı problemlərin ana mənbəyi kimi göstərməsi və Putinin həbsini nəzərdə tutan “Roma Statusu”nu qəbul etməsi, Ermənistanın Kreml ilə əlaqələri kəsməsini hədəflədiyini göstərir. 
 
Görünür Ermənistan özünün Qərb himayədarlarına daha çox güvənir nəinki, yanı başında olan Rusiyaya. Ermənistanın məsələyə bu prizmadan yanaşması ona heç vaxt uğur gətirməyib. Burada xatırlatmaq yerinə düşər ki, oxşar ssenari 2020 – ci ildə də yaşanıb. Ermənistan o zaman Azərbaycana qarşı hərbi təxribatlar törədir, məşhur Qərb himayədarlarına güvənərək Azərbaycana hədə - qorxu gəlirdi. Hamıya məlumdur ki, sonuncu dəfə bu hadisə baş verəndə onun üçün nəticələr heç də yaxşı sonlanmadı. 
Hazırda Ermənistanın bu qədər yanlış addım atmasının bir səbəbini də qeyd edə bilərik, o da sentyabrın 17-i İrəvanda baş tutacaq paytaxt seçkiləridir. Zənnimcə Paşinyan özünə nüfuz qazanmaq naminə ölkəsinin suverenliyinin itirilməsinə səbəb ola biləcəyini başa düşməlidir. 
 
Fransanın Erməni siyasəti…
 
Fransa Cənubi Qafqazda baş verə biləcək yeni savaşa birmənalı şəkildə regiona yerləşmək şansı kimi yanaşır. Onu Ermənistanın taleyi o qədər də maraqlandırmır. Hər zaman olduğu kimi ermənilər yenə də birdəfəlik kağız parçası kimi istifadə edilib atılmağa məhkumdur. Tarix boyu Ermənistan təsir mexanizmi rolunu oynayıb. Fransa siyasi dairələri ümid edirlər ki, əgər, yeni regional savaş baş verərsə, o bu bölgəyə nüfuz edərək, Cənubi Qafqazın geoiqtisadi potensialından özünə pay qopara biləcək.
 
ABŞ Rusiyaya qarşı…
 
ABŞ isə onun əksinə Rusiyanın regionda sülhü bərqərar edə bilmədiyi ilə bağlı arqumentlər axtarır. O müharibə şəraitində sadəcə Azərbaycana sanksiya tətbiq edə bilər, lakin o, da real görünmür. Qərb Azərbaycanı müharibəyə sövq etmək üçün əlindən gələni edir. Lakin hələ ki, Azərbaycan məsələyə təmkinli yanaşmaqdadır.
 
Sonda yenə Rusiya…
 
Hadisələrin gedişatına nəzər salsaq qəti şəkildə qeyd edə bilərik ki, Rusiya bu cür davranışları heç vaxt bağışlamır. Regional bir güc olaraq Ermənistanın təhlükəsizliyi sadəcə Rusiyadan aslıdır. Baş verən hadisələrə isə Kremlin hələ ki, adekvat cavab verməməsi narahatedicidir.
 
Bu cür qərarlar geriyə dönüşü olmayan bir yol təsiri bağışlayır. Bu şəraitdə iki hadisə baş verə bilər. Seperatçıların radikal qanadının gücləndiyini nəzərə alsaq Paşinyanın devrilməsini görə bilərik. Digər ehtimal isə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirə biləcəyi anti-terror əməliyyatı və Ermənistanla yeni müharibədir.
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı