Azərbaycan Qarabağın tamamına nəzarəti bərpa edəcək - ANALİTİKA

Analitika 14:20 20.09.2023

"Azərbaycan Qarabağda anti-terror əməliyyatını uğurla davam etdirir. Rusiya hələ ki, Azərbaycana mane olmur. Rusiya Azərbaycana mane olmaq istəyərsə Ukrayna müharibəsinə görə tərəfdaşlarını itirdiyi dövrdə Azərbaycan və Türkiyə ilə münasibətlərdə gərginliyi yaranacaq. Bu nə Rusiyanın, nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına cavab verir. 
Rusiyada Azərbaycanın anti-terror əməliyyatı ilə bağlı iki yanaşma mövcuddur. Birinci yanaşma odur ki, Rusiyada mərkəzlər Ermənistan hakimiyyəti ilə münasibətlərdə gərginlik yaşaması fonunda Azərbaycana mane olmayacaqlar. Ermənistanda artıq mitinqlər başlayıb. Radikallar baş nazir Nikol Paşinyanı devirmək istəyirlər. Bu Rusiyanın maraqlarına uyğundur. Rusiyadakı mərkəzlərin ikinci yanaşması isə bundan ibarətdir ki, Azərbaycana Qarabağın tamamını nəzarətə almaqda hansısa mərhələdə mane olmaq lazımdır. Buna baxmayaraq, Rusiya hələ ki, Azərbaycana mane olmur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlamalarında Azərbaycanın hərbi əməliyyatının əleyhinə fikir bildirmədilər. Rusiya hərbi komandanlığı da açıqlama verərək, Qarabağdakı əməliyyatda Rusiya hərbçilərinə təhlükə olmadığını bildirdi. Bu o deməkdir ki, Rusiya bir müddət Azərbaycanın hərbi əməliyyatına mane olmayacaq". 

Ednews xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində əksini tapıb. Analizdə qeyd edilib ki, Azərbaycanın hədəfi bəllidir: 1.Erməni separatçıları silahları təhvil verməli; 2.Separatçılar “parlamenti” və “hökuməti” buraxmalıdırlar; 3. Qarabağda Azərbaycan qanunları işləməlidir. Azərbaycanın bu şərtləri yerinə yetirilməyənə qədər hərbi əməliyyatı davam etdirəcək. Məsələ birdəfəlik həll olunmalıdır. Dünyadakı və bölgədəki mövcud vəziyyət Azərbaycana hərbi əməliyyatı davam etdirmək üçün  münbit zəmin yaradıb:

"Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi Azərbaycana dəstəyini davam etdirir. Bu, Rusiya və İranı Azərbaycana qarşı hər hansı təxribatdan çəkindirməli olan əsas amildir. Moskva və Tehran “Şuşa bəyannaməsini”nin mövcudluğunu da nəzərə almaq məcburiyyətindədirlər. Türkiyənin aparıcı televiziya kanallarında İkinci Qarabağ müharibəsində olduğu kimi yenə də bizim məsələni hərtərəfli müzakirə edirlər. Türkiyə dünyadakı ermənipərəst mərkəzlərin və təşkilatların Azərbaycana təzyiqini neytrallaşdırmaqda da Azərbaycana dəstəyini davam etdirəcək. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da BMT Baş Assembleyasındakı çıxışında Azərbaycanın anti-terror əməliyyatını dəstəklədi. Ərdoğanın çıxışı bu tezis üzərində qurulmuşdu ki, heç bir dövlət və beynəlxalq təşkilat Azərbaycana qanuni haqlarını bərpa etməyə mane olmamalıdır. Türkiyə Cumhurbaşqanının Nyu-Yorka səfərini bitirdikdən sonra Azərbaycana gəlməsi ehtimalı var.  

Fransanın Azərbaycanın antiterror tədbiri ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili çağırılması tələbinə o biri daimi üzvlər necə reaksiya verəcəklər? Rusiya Ukrayna müharibəsinə görə Fransa ilə ixtilaf içindədir. Ona görə də elə tək bu səbəbə görə Rusiya Fransa ilə eyni mövqedən çıxış etməyəcək. Çinin həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin bu səbəbdən Azərbaycan əleyhinə hər hansı sənədin qəbulunda iştirak etməz istəməz. Londonun Bakı ilə tərəfdaşlıq münasibətləri mövcuddur, Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları var. Ona görə London Azərbaycan əleyhinə sənədin qəbuluna da müsbət yanaşmaz, uzaqbaşı “bölgədə atəşkəs elan edilsin” kimi heç bir hüquqi çəkisi olyaman ümumi bəyanata qoşula bilər. Ağ Ev və Dövlət Departamenti İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan əleyhinə bəyanat qəbul etmədilər, balanslı açıqlamalar verdilər. Bu sonrakı müddətdə Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasına şərait yaratdı. Vaşinqton enerji və təhlükəsizlik məsələlərinə görə Azərbaycanla əməkdaşlığa və dialoqa ehtiyac duyur, İran amilini də nəzərə alır. Ancaq Dövlət Departamenti rəsminin Konqresdəki son anti-Azərbaycan çıxışı bizdə məyusluq yaradıb. Bu o deməkdirmi ki, ABŞ Fransanın Azərbaycan əleyhinə hər hansı sənədin qəbuluna “yaşıl işıq” yandıracaq? Vaşinqton bilir ki, Parisin anti-Azərbaycan mövqeli sənədi Təhlükəsizlik Şurasında qəbul edilməyəcək. Belə olan halda Vaşinqton Fransanı dəstəkləməklə heç nə qazanmayacaq, əksinə Azərbaycanla münasibətlərinə kölgə salacaq. Bu Amerikanın regional maraqlarına da ziddir.  

Azərbaycanın Qarabağda anti-terror əməliyyatını “etnik təmizləmə” kimi qiymətləndirməyə çalışan ermənipərəst mərkəzlər var. Yaxın tarixdə ən böyük etnik təmizləmə 1995-ci ildə Xorvatiyada həyata keçirilib. Xoravtiya 250 minə yaxın serbin yaşadığı bölgəni yerlilələrdən təmizləyib və Qərb dövlətləri buna etiraz etməyiblər. Bunun iki səbəbi var idi. Birincisi, keçmiş Yuqoslaviya 1990-cı illərdə dağıldıqdan sonra Serbiyadan fərqli olaraq Xorvatiya Qərblə yaxınlıq etmək istəyirdi. İkinci səbəb isə Xorvatiya serblərin Bosniyada olduğu kimi burada da separatçılığa başlayacağını proznozlaşdırır və buna yol vermək istəmirdi. Qərb mətbuatı Xorvatiya ordusunun əməliyyatını “ərazilər serb separatçılarından təmizləndi” başlığı ilə yayırdı. Xorvatiya rəhbərliyini anlamaq olardı, qonşusu Serbiya Ermənistan kimi serbləri silahlandırmağa və separatizmə başlamağa həvəsləndirirdi. Xorvatiyaya olarsa, Azərbaycana niyə olmasın? Azərbaycan Qarabağ ermənilərinə iki seçib verib: ya qanunlarımızı qəbul et və Qarabağda yaşamağa davam et, ya da qanunlarımızla yaşamaq istəmirsənsə, Azərbaycanın ərazisini tərk et! Bu etnik təmizləmə deyil. 

Azərbaycan Qarabaği separatçılardan təmizləyəcək. Bundan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişini imzalamaq asanlaşacaq. Nikol Paşinyan Azərbaycanın Qarabağdakı anti-terror əməliyyatına seyrçi qalacaq. Çünki Paşinyan anlayır ki, Ermənistan ordusu Azərbaycana müdaxilə edərsə, bu böyük müharibəyə çevriləcək  və Azərbaycan ordusu Ermənistan Qərbi Zəngəzur ərazisinə daxil olacaq".

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı