Zəngəzur dəhlizinin alternativ imkanı: Zəngilan - Ağbənd yolunun əhəmiyyəti – Əkbər Novruz yazır

Analitika 17:03 09.10.2023

Qarabağ bölgəsində lokal antiterror tədbirlərinin uğurla başa çatdırılması və burada konstitusiya quruluşunun və nizamın bərqərar olması ilə yanaşı, Azərbaycan regional nəqliyyat və logistika qovşağı layihəsinin icrasını sürətləndirib.

Belə ki, oktyabrın 6-da Azərbaycanın Zəngilan rayonunun Ağbənd kəndi yaxınlığında İranla birgə avtomobil körpüsünün və gələcək sərhəd-gömrük infrastrukturunun tikintisi ilə bağlı müzakirə aparılıb. Yeni körpü tikilməkdə olan 123,5 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun əsas tərkib hissəsidir. Gələcəkdə bu marşrut Türkiyəyə birbaşa çıxış üçün Naxçıvan Muxtar Respublikasının nəqliyyat kommunikasiyaları ilə birləşdiriləcək.

İran münasibətini niyə dəyişir?

Bakı və Tehran Zəngəzur dəhlizinin alternativ variantları nəzərdən keçirir. Əlavə olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktından sonra yenidən işə salınması üçün razılığa da gəlinib. Görünür İran Azərbaycanla olan münasibətlərin təkrar normallaşmasına çalışır. Bəs dəfələrlə Azərbaycana qarşı Ermənistandan istifadə edən İran nə üçün yenidən münasibətlərin normallaşmasına can atır?
Bu cür addım başa düşüləndir. Azərbaycan artıq regiondakı reallığı ortaya qoymuş oldu. Siyasətdə də deyildiyi kimi hər bir ölkənin addımları maraqlar çərçivəsində aparılmalıdır. Azərbaycanın artıq öz suverenliyini bərpa etməsi, Ermənistanın bir çox siyasi səhvlər buraxması İranın Azərbaycana qarşı yaxınlaşmasına gətirib çıxardı. Artıq Azərbaycana qarşı Ermənistandan istifadə etməyə ehtiyac qalmayıb. İran başa düşür ki, regionda hər iki ölkə ilə münasibətlər mütləqdir. İran hazırda Emənistanla münasibətlərin inkişafına, Azərbaycanla isə münasibətlərin bərpasına və yeni perspektivlərinə variantlar axtarır.

Oktyabrın 6 – da  gerçəkləşən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi çərçivəsində avtomobil körpüsünün və sərhəd-keçid yolunun təməlqoyma artıq Zəngəzur dəhlizinin formalaşmasında mühüm mərhələnin başlanğıcı oldu və olacaq.

Horadizdən Ağbəndə gedən yol.

Xatırlatmaq lazımdır ki, əvvəlcə Horadizdən Ağbəndə gedən avtomobil yolunun Ermənistanın Meğri rayonu ərazisindən davam etdirilməsi və daha sonra Naxçıvanın nəqliyyat arteriyaları ilə birləşdiriləcəyi planlaşdırılırdı ki, bu da əslində Üçtərəfli Bəyanatda nəzərdə tutulmuşdu. Lakin o zaman Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsində son dərəcə destruktiv mövqe tutdu, bu da prosesi gecikdirdi.

Rəsmi Bakı dəfələrlə Ermənistana tutmuş olduğu mövqedən dolayı olaraq xəbərdarlıq etdi. Lakin Ermənistan dəfələrlə öz mövqeyindən geri dönməyərək dəhlizin təməlinin qoyulmasının qarşı çıxdı. Azərbaycan tərəfi də bundan irəli çıxaraq Ermənistan tərəfinin razılığından aslı qalmamaq üçün irəli görüşlü və çevik siyasi addım atdı. 2022 – ci ilin mart ayında “Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında İslam Respublikasının ərazisindən yeni nəqliyyat əlaqələrinin yaradılmasına dair Azərbaycan və İran hökumətləri arasında memorandum” imzaladı. Razılaşmaya əsasən Araz çayı üzərində dörd körpünün, Naxçıvanda rels və avtomobil yolunun birləşdirilməsi ilə 55 km uzunluğunda avtomobil və buna paralel olaraq İmişli - Parsabad dəmir yolu xəttinin tikintisi layihəsi qəbul edildi. Bununla da Azərbaycan vaxtilə Ermənistana işarə etmişdi. Lakin əməl olunmadı və buna da paralel olaraq artıq vəziyyət elə gətirdi ki, layihənin gerçəkləşdirilməsi labüd hal aldı. Baş nazir müavini Şahin Mustafayevin də dediyi kimi Ağbənddən Naxçıvana yol əlaqəsi Şərqi Zəngəzur İqtisadi Rayonunun infrastrukturunun həlledici parçasıdı və işlər başa çatdıqdan sonra rayon geniş Avrasiya regionuna xidmət göstərən logistik mərkəzə çevriləcək. Ələxsus burada “Orta Dəhliz” layihəsini də qeyd etmək lazımdır.

Destruktiv məqsədli Ermənistan.

Bu hadisələr Ermənistana artıq işarə olmalıdır. Azərbaycan artıq regiondakı planlarını həyata keçirməyə başlayır. Ərazi bütövlüyümüzün bərpası istək və planlarımızı çevik şəkildə, Ermənistan kimi destruktiv məqsəd daşıyan ölkələrdən aslı olmamığımıza şərait yaratdı. Ermənistan isə ya bu planlarda iştirakçı olub əməkdaşlıq edəcək, ya da həmişəki kimi özünütəcrid edərək iqtisadi imkanlardan məhrum qalacaq. 

Nəhayət qeyd etmək lazımdır ki, bizim burada məqsədimiz Ermənistanı yalnızlaşdırmaq deyil, əksinə dərs öyrətməkdir. İran da bu layihələrdə Ermənistanın iştirakını istəyəcək. Azərbaycan tərəfi şübhəsiz ki, bu cür addımı qınamaz əksinə öz siyasi gücünü göstərərək onların iştirakına pozitiv baxacaqdır.

WhatsApp-Image-2023-08-02-at-14.59.44.jpeg

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı