"3+3" formatı gerçəkləşir: Ermənistan sülh müqaviləsi imzalamağa məcburdur

Analitika 17:15 13.10.2023

Ötən gün Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü artıq “3+3” formatının hər gün keçdikcə daha da reallaşacığına işarə edir. Son zamanlarda digər dörd iştirakçıdan da bu məsələ ilə bağlı müsbət siqnallar gəlir.

38f85789189b7fa788eef0ed9b18541a.jpg

Məsələn, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. Nazir hesab edir ki, “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir. 

“3+3” platforması Azərbaycan və Ermənistan arasındakı münasibətlərin bərpasından savayı, regionda qeyri-stabil münasibətlərə sahib ölkələrin münasibətlərinin bərpasına şərait yaradacaq. Buna misal olaraq İran ilə aramızda münasibətlərin bərpasını göstərə bilərik. Artıq iki ölkə arasında münasibətlərin bərpası iqtisadi və siyasi sferada öz əksini tapıb. Buna oxşar bir şəkildə Rusiya və Gürcüstan münasibətlərinin bərpasını görə bilərik. Sözsüz ki, Gürcüstan  Rusiya ilə eyni platformada təmsil olunmaq istəmir. Buna əsas səbəb kimi isə Abxaziya və Cənubi Osetiyanın işğalını göstərir.

Proseslərin gedişi onu deməyə əsas verir ki, vasitəçilik məsələsində ciddi təcrübəsi olan Ankara Moskva ilə Tbilisi arasında problemlərin aradan qalxmasına kömək edəcək. Sözsüz ki, belə olduğu təqdirdə irəliləyişə ümid etmək olar.

Ermənistanın destruktiv mövqeyi

WhatsApp-Image-2023-10-12-at-17.35.43.jpeg

Geridə qalan ölkə isə Ermənistandır. Paşinyan qeyd edib ki, Ermənistan müəyyən müzakirələrdən sonra Tehranda "3+3" formatında növbəti görüşə hazırdır. Lakin burada qəribə bir paradiqma var. Ermənistan baş naziri nə qədər belə bəyanat versə də onun reallaşması istiqamətində hər hansı fəaliyyət göstərməyib. Əksinə, bəzi hallarda pozuculuq yolunu tutub. Ermənistan ümid edir ki, Fransanın ona dəstəyi bir mənalı olaraq onu azadlığa və Cənubi Qafqazda güclü dövlətə çevrilməsinə şərait yaradacaq. Ermənistan anlamalıdır ki, o, ciddi sərmayə yatırılması  üçün çox kiçik, çox kasıb və özünü təcrid etmiş bir ölkədir. Əlavə olaraq ötən gün BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın “Hüquqların ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə təqdim etdiyi müvəqqəti tədbirlərin göstərilməsi tələbi ilə bağlı açıq dinləmələr keçirilib. Haaqada Azərbaycana qarşı irqi ayrı-seçkiliyin bütün formaları tətbiq edilib.

Ermənistan anlamalıdır ki, Azərbaycanla mümkün sülh müqaviləsi bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik mühitini normallaşdıracaq ki, bu da ilk növbədə məhz rəsmi İrəvanın maraqlarına və gözləntilərinə uyğundur. Halbuki, əgər müvafiq sənəd imzalanmazsa perspektivdə bölgədə yeni münaqişələrin baş verməsi qaçılmaz olacaq. Ermənistan sadəcə reallıqları qəbul etməməkdə israrcıdır. Nəticə etibarilə Ermənistan bu tarixi fürsəti dəyərləndirməməsi onun sonunu gətirəcəkdir. Ona görə də ermənilər ümid etsin ki, İrəvan höküməti öz intiharına səbəb olacaq qərarlar almayacaq.

Əkbər Novruz

WhatsApp-Image-2023-08-02-at-14.59.44.jpeg

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı