Azərbaycan, Gürcüstan və Erməni birliyi yaradıla bilərmi? - “Cənubi Qafqaz evi” ideyası - ANALİTİKA

Analitika 16:45 31.10.2023

Kənar vasitəçi ölkələrə gərək yoxdu, regionumuzun öz problemini elə özümüz də həll edərik. 
Ötən həftə Gürcüstanın ev sahibliyi altında Azərbaycan, Ermənistan və Gürcüstan baş nazirləri görüşüb.

aQOafvwAqbA0JWt2wa2F.jpg

Keçirilən görüşdə baş nazir Qaribaşvili deyib ki, Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır. 

Verilən bu çıxışın və baş verən görüş çərçivəsində onu deyə bilərik ki, Mirzə Fətəli Axundovun irəli sürdüyü “Qafqaz evi ideya”sına gün keçdikcə daha da yaxınlaşırıq. Strateji əhəmiyyətinə görə "Qafqaz Evi" Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının təhlükəsizlik və əməkdaşlıq təşkilatı, GUAM isə Avropaya çıxış yolu ola bilər. 

Maraqlı burasıdır ki, Qafqaz İttifaqı ilə bağlı nəzərdən keçirilən konsepsiyaların heç birində Ermənistanın adı "Qafqaz Evi"nin yaradıcıları içərisində vurğulanmır.
Həmin illərdə "Qafqaz Evi" ideyasının qızğın tərəfdarı kimi azərbaycanlılar xüsusi fəallıq göstəriblər. Hələ SSRİ dağılana kimi mühacirlərin yaşadığı ölkələrdə dövlət səviyyəsində mühüm sənədlərin qəbulu zamanı azərbaycanlılar ümumqafqaz maraqlarına əsaslanaraq Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri ilə əlbir fəaliyyət göstərirdi. Bu istiqamətdə atılmış ən böyük addıma 1917 – ci yaradılmış qısa müddətli “Cənubi Qafqaz Seymi” – ni qeyd edə bilərik.

12650970_939156346140356_2346385260219049976_n.jpg 

Lakin təəssüf ki, həmin dövrdə də ermənilər "Qafqaz evi"nə münasibətdə destruktiv mövqe tutduqlarından, region xalqlarının siyasi-iqtisadi və mənəvi birliyi üçün son dərəcə vacib olan bu ideyanı həyata keçirmək mümkün olmadı və seym aylar sonra dağıldı. 

 1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı 2 dövlət başçısının imzaladığı birgə Bəyannamə "Ümumi Qafqaz Evi" ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcı oldu. Lakin Ermənistanın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması "Ümumi Qafqaz Evi" ideyasının həllini xeyli çətinləşdirdi.

f1c1922c-4d9d-308e-b090-c64e25d67092_850.jpg

İdeyanın baş verməsində dəfələrlə çətinliklər baş versə də, gördüyünüz kimi dəfələrlə bumeranq kimi fırlanıb geri qayıtmağı bacarır. Görünür Cənubi Qafqaz ölkələrinin problemlərini həll etmək yenə özlrəinə qalıb. Mövcud siyasi ortam isə onu göstərir ki, artıq bu ideyanın baş verməsi üçün ideal bir zəmin yaranıb.  

İndi isə bu ideyanın hansı imkanları gətirəcəyinə dair mülahizələrə və yarana biləcək çətinliklərə baxaq.

İdeya çərçivəsində əməkdaşlıq Cənubi Qafqazda yeni mühit yarada, yeni iqtisadi layihələrin icrasına yol aça bilər. Bu, region ölkələrinin inteqrasiya olunmuş modelinin yaranmasını da şərtləndirər. Azərbaycanla Gürcüstan arasında iqtisadi, nəqliyyat və s. istiqamətdə bir sıra layihələr icra olunur, yenilərinin də reallaşacağı gözlənilir. Region çərçivəsində Gürcüstan və Azərbaycan arasındakı dostluq münasibətləri ideyanın mövcudlaşmasına şərait yaradır. Nəticə etibarı ilə Gürcüstanın “3+3” formatında iştirak etməməsinə səbəb də bu ola bilər.

33.jpg 

Bununla da o, özünün region ölkələrində yaratdığı təcrid olunmuş təəssüratını sındırmış oldu. Cənubi Qafqaz regionun geosiyasətdə həmişə, “Qafqazın balkanları” kimi münaqişə ocağı olaraq qeyd edildiyi bir şəraitdə, bu ideyanın baş tutması beynəlxalq aləmdə təhlükəsizliyin naminə və əməkdaşlığa örnək ola bilmə ehtimalı daşıyacaq. Hesab etmək olar ki, bu da region ətrafında olan ölkələrdə yaxşı təəssürat yarada bilər. Ələxsus xatırlatmaq yerinə düşər ki, bu Cənubi Qafqaz Seymi kimi ortaq bir ölkənin yaranması demək deyil, əksinə 3 ölkənin və onun xalqlarının əmin amanlıq şəraitində yaşaması üçündür. 

Sözsüz ki, İran, Rusiya və ya Qərbdə bu ideyanın gerçəkləşməməsinə çalışacaq qüvvələr olacaqdır. Lakin mövcud siyasi proseslərin- Qəzza böhranı, Ukrayna münaqişəsi şəraitində gerçəkləşməsi olduqca realdır. Hazırda ümumi region ölkələrinin də Ermənistan və Azərbaycan arasında sülh sazişinə çalışdıqlarını qeyd etmək lazımdır.

Əkbər Novruz

WhatsApp-Image-2023-08-02-at-14.59.44.jpeg

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı