İkinci Soyuq müharibənin başlama ehtimalı nə qədərdir? – Fərid Axundov yazır

Analitika 17:15 31.10.2023

İkinci Dünya müharibəsindən sonra qlobal siyasətin, əsasən bipolyar xarakter daşıması bəlli səviyyədə bir nizam yaratmışdır. İdeologiyalar müharibəsi ABŞ-SSRİ arasında baş versə də, bu bütün ölkələrin taleyinə birbaşa və ya biləvasitə təsir etmişdir. İki ölkə arasında baş verən Soyuq Savaş təkcə hərbi deyil, həm də elm və texnologiya yarışı idi. SSRİ-nin süqutundan sonra dünya, kommunist ideologiyasının özünü doğrultmadığına və mükəmmələ ən yaxın sistemin demokratiya olduğuna qərar verildi. ABŞ hərbi-iqtisadi sahədə dünyada xüsusi yerə malik olduğunu özünəməxsus yollarla sübut etdi. 

Təkqütblü sistem...

1991-ci ildən bəri təkqütblü sistemin mövcud olduğu siyasi arenada, otuz il əvvələ qədər ciddi rəqib hesab edilməyən dövlətlər artıq ABŞ üçün potensial təhlükə sayılırlar. Rusiyanın ekspansionist siyasət həyata keçirərək, Krımı işğal etdikdən sonra Ukrayna müharibəsini başlatması Vladimir Putinin uzunmüddətli planında atılmış addımlardan biridir.

Uzaq Şərq...

Ukrayna müharibəsi  Rusiya Federasiyası üçün hər nə qədər sosial-iqtisadi dağıdıcı xarakter daşısa da, bütün bunlar dünyada təkqütblü sistemin qüvvədən düşməsinə şərait yaradır. Son otuz ilə nəzər salsaq görə bilərik ki, qlobal aspektdə siyasi və iqtisadi güc balansı yeni bir forma almaqdadır.
Uzaq Şərqdə Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələrin iqtisadi azadlıq qazanıb söz sahibinə çevrilmələri regionda ABŞ-ın təsir gücünü sual altına qoyur. Yaponiya və Çinin Uzaq Şərqdəki rolu ABŞ üçün asılı tərəfdaş idisə, bu ölkələr bu gün Şərq dövlətləri ilə hərtərəfli münasibətlər yaradıb öz asılılıqlarından azad olmağa can atırlar. Rəsmi Vaşinqton adıçəkilən regionunun ticari rəqabətində Çinə məğlub olmamaq üçün ona qarşı yaratdığı “4lər blokadası” zamanla hərbi blokadaya çevrilməkdədir. Eyni zamanda Tayvanın ABŞ hərbi donanması tərəfindən əhatəyə alınması Çin tərəfindən təhdid kimi qəbul olunur.

ABŞ...

Polşalı politoloq Zbiqnev Bjezinski, özünün “Böyük Şahmat Taxtası” əsərində də qeyd etdiyi kimi “siyasət oyununu uzun müddət təkbaşına oynayan dövlət özü oyuna çevrilir”. ABŞ öz oyununda fərqli mövqelərdən hədəfə çevrilməklə kifayətlənməmiş, həm də özünün hüdudsuz maraqlarını qlobal nüfuzundan üstün tutaraq təkqütblü sistemin davamlılığını şübhə altına saldı.
Bütün bunlar sadəcə olaraq ABŞ-ın müvəqqəti hakimiyyət zəifliyindən qaynaqlanır? Məsələyə daha geniş miqyasdan baxdıqda görə bilərik ki, xeyr. Dünyada az öncə də qeyd etdiyimiz kimi öz sözünü deyən dövlətlərin sayı artıb və onların bir çoxu vaxtilə ABŞ-la soyuq münasibətlərə, hətta düşmənçiliyə sahib olub. Artıq Şimali Koreya, Çin, İran kimi ölkələr hərbi-siyasi baxımdan kifayət qədər inkişaf etmiş və ABŞ-la rəqabətə davamlı hesab ediləcək dövlətlərdir. Rusiyanın Ukrayna müharibəsində zəifləməsinə baxmayaraq, bu ölkələrlə sıx iqtisadi-siyasi əlaqələrə sahib olması onu “Qərb cəhbəsi”-nə qarşı təhlükə mənbəyi edir. 

 

                                               Screenshot_7.png

 

Çoxqütblü dünya...

Politologiya elmində regional güclər hesab olunan bu dövlətlər əvvəla müasir dünya iqtisadiyyatını özlərindən asılı hala salmağa çalışırlar ki, bu məsələ tezliklə reallaşa bilər. Səudiyyə Ərəbistanının neft hasilatını məhdudlaşdıraraq dünya neft hasilatında öz yerinin əvəzolunmazlığını sübut etməsi yeni dünya sistemində bir çox “nəhənglərin” aılılığının təzahürü oldu. Regional güclərin vahid bir rəqibə qarşı birləşməsi onların təsirini dünyəvi hala salır. Dünyanın ən zəngin təbii resurslarına sahib olan bu ölkələrin müttəfiqlik adı altında yeni qütblər yaratması artıq adi bir məsələ çevrilib. 
Beləliklə, deyə bilərik ki, dünyanın XIX əsrdən sonra bir daha təkqütblü sistemdən azad olması və bu dəfə ikiqütblü deyil, çoxqütblü bir siyasi sitemə qədəm qoyması tezliklə baş verə bilər. Politologiya elmində də qəbul olunduğu kimi bu böyük dəyişiklik mövcud vəziyyətdə var ola biləcək ən təhlükəsiz sistemdir. İkidən çox dünya gücünün olması onlar arasında hər nə qədər rəqabəti artırsa da, bu dövlətlərin inkişafına da gətirib çıxara bilər. 

                                                  

                                                   Screenshot_9.png

 

Yeni Soyuq müharibə...

Rusiya da başda olmaqla bir çox regional dövlətlər ABŞ-ı siyasi arenada aparıcı qüvvə olmaqdan uzaqlaşdıraraq İkinci Soyuq müharibə yaratmağa çalışırlar. Bəlkə də, Rusiyanın əsas məqsədi Ukraynada müharibə apararaq ABŞ-la yenidən SSRİ münasibətləri yaratmaqdır ki, Soyuq müharibə zamanı hər iki dövlətin nə dərəcədə inkişaf etdiyini yaxın tarixdən bilirik. Bu yolla Rusiya yenidən dünya gücünə çevrilə bilər. Lakin, bu heç də təhlükəsiz sistem yaratmaz, əksinə ikiqütblü rejimdə dünyanı yenidən məhvə olma problemi ilə üz-üzə qoyar. Rusiyanın bu məsələdə hesaba qatmadığı bir faktor da, hazırda ABŞ-ın ondan daha böyük rəqibinin olmasıdır.

                                                    Screenshot_6.png

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı