Qərbin Yaxın Şərqdəki silah bazarları

Analitika 20:18 27.10.2016

Almaniyanın silah-sursat satışı 2016-cı ilin yanvar-iyun ayları dövründə 2015-ci ilin eyni dövrünə nisbətən 10 dəfə artıb.

Almaniya hökümətinin silah ixracı hesabatı 26 oktyabrda nazirlər kabinetində müzakirə olunub. Hesabata əsasən, kiçik miqyaslı silah satışları 2016-cı ilin yanvar-iyun dövrünə görə aşağı düşüb, ancaq bu silahlarda istifadə olunan sursat satışı əhəmiyyətli dərəcədə artıb.

Hesabatda Almaniya hökumətinin bu ilin ilk altı ayında 11.6 milyon avroluq kiçikmiqyaslı silahların satışına razılıq verdiyi qeyd olunub. 2015-ci ilin ilk 6 ayında bu rəqəm 12.4 milyon avro olaraq açıqlanmışdı. Ancaq 2015-ci ilin ilk yarısında 27 milyon avroluq ixrac razılığı verilən kiçik miqyaslı silahlarda istifadə olunan sursat üçün bu məbləğin 2016-cı ilin eyni dövründə 10 dəfə artaraq 283.8 milyon avroya yüksəldiyi qeyd edilib. Bunun 275 milyon avroluq hissəsinin NATO və müttəfiq ölkələrə, 5.4 milyon avroluq hissəsinin də İraqa satılmasına icazə verildiyi bildirilən hesabatda kiçik miqyaslı silah və bunlara aid sursat alışında Fransa, İraq və Polşanın ilk sırada gələn ölkələr olduğuna diqqət çəkilib.

Türkiyə nə aldı?

Hesabata görə, Almaniya hökuməti 2016-cı ilin yanvar-iyun dövründə təxminən 4 milyard 30 milyon avroluq silah satışına icazə verib. Almaniyanın ən çox silah satışı etdiyi ölkələr sıralamasında 1.04 milyard avro ilə Əlcəzair ilk sırada yer alır. Bu ölkə 914 milyon avro ilə ABŞ, 484 milyon avro ilə Səudiyyə Ərəbistanı və 205 milyon avro ilə Cənubi Koreya izləyir. Hesabatda Türkiyənin Almaniyadan silah alan ölkələr sıralamasında 25-ci sıradan 8-ci sıraya yüksəldiyi qeyd edilib. Türkiyəyə 76.4 milyon avroluq silah qəbulu icazəsi verildiyi bildirilən hesabatda Türkiyəyə edilən ixracın böyük hissəsinin təyyarə, PUA, təyyarə mühərrikləri və avadanlıqlar üçün hissələr olduğu qeyd edilib. Almaniyadan 205 milyon avroluq silah və sursat idxal edən Cənubi Koreyanın də 10-cu sıradan 4-cü sıraya yüksəldiyi bildirilib. Cənubi Koreyanın hərbi gəmi və sualtı hissələri ilə raket, raketdən müdafiə sistemi, vertolyot və döyüş təyyarəsi satın aldığı qeyd olunub. Hökumətin kiçik miqyaslı silahların satışını tənqid edən solçu partiyanın xarici siyasət rəsmisi Yan von Aken bu silahların satışının qadağan edilməli olduğunu söyləyib. Dünyanın hər hansı bir yerində Almaniya silah və hərbi texnikası ilə insanların öldürülməsinin dözülməz bir fikir olduğunu bildirən Aken "İndi kiçik miqyaslı silahların ixracının qadağan olunmasına ehtiyacımız var", - deyib.

Körfəz ölkələri əsas bazardır

Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutunun (SIPRI) hesabatına görə, son 5 ildə körfəz ölkələrinə silah satışı 70 faiz artıb. Bəhreyn, Küveyt, Oman, Qətər və Səudiyyə Ərəbistanı İngiltərə və Fransanın mühüm silah bazarları arasında yer alır. Fransanın silah sənayesində isə partlayış baş verir. Fransa silah satışında dünya miqyasında ABŞ, Rusiya və Çindən sonra 4-cü sırada gəlir. Ölkənin ötən ilki silah ixracı 30 milyard dolları keçib. Fransanın 2010-cü ildən 2014-cü ilə qədər ixrac etdiyi silahların 38 faizi körfəz ölkələrinə gedib. Fransada silah satışındakı partlayış ötən ilin ilk 6 ayının sonunda 30 min əlavə iş yaradıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı