Parçala və hökm sür Rusiya qaz şantajı ilə Serbiyanı ram edə biləcəkmi

Yazarlar 16:57 26.11.2021

Rusiya, Avropa ilə “Parçala və hökm sür” prinsipi əsasında, iqtisadi və siyasi münasibətlərini davam etdirir. Daha anlaşıqlı formada desək, Rusiya Avropadakı ona ehtiyac duyan oyunçuları özünə tərəf çəkərək, anti-rus tərəflərini təkləməyə çalışır. Qışın soyuğunda, Rusiyanın Avropaya qarşı silah kimi istifadə edəcəyi yalnız bir vasitə ortaya çıxır – Avropa xalqının evlərini isidən Rusiyanın təbii qazı.   

Ötən gün, Rusiya prezidenti Putin serbiyalı həmkarı Aleksandr Vuçiçlə görüşüb. Görüşdə Serbiya tərəfi karlı bir anlaşma əldə etməyə nail olub. Belə ki, Rusiya hiyləgər gediş edərək, serb xalqına qazın 1000 kub metrini 270 ABŞ dollarına təklif edib. Bu, hətta Belarusa satılan qazın dəyərindən belə, qat-qat ucuz deməkdir. Eyni zamanda, hazırda qazın birjadakı qiymətinin təxminən 1100 dollar olduğunu nəzərə alsaq, Rusiya tərəfinin təxminən 800 ABŞ dollar məbləğində güzəştə getməsi deməkdir.

Bəs görəsən Rusiyanın bu qədər endirim etməsinin arxasında dayanan səbəb nədir? 

Qeyd edək ki, qonşu dövlətləri qısqandıracaq qədər olan belə bir anlaşmanı Serbiya Xarici İşlər Nazirliyi “tarixi” adlandırıb. 

Hələ "Şimal Axını2" layihəsi başlamazdan öncə, Avropanın iqtisadi ekspertləri Rusiyanın qış fəslində etibarsız üzünü göstərəcəyini deyirdi. Bəzi ekspertlər hətta, Rusiyanın bundan silah kimi istifadə edərək, Avropanın dil-ağzını bağlamaq, yaxud da onu özünə hər cəhətdən ram etmək niyyətində olduğunu açıqlayırdı. 

Rusiyanın Serbiyanı hədəf kimi seçməsi əslində nəinki Avropanın, hətta ABŞ-ın bostanına daş atmaq kimi də anlaşıla bilər. Çünki Serbiya dedikdə, ilk növbədə Kosovo problemi nəzərləri özünə cəlb edir. Rusiya yaxşı başa düşür ki, Avropanın tərkibində olan Serbiya ilə anlaşmaq ayrı formada mümkün ola bilməzdi. Çünki Serbiya nə qədər Rusiyadan bəhrələnsə də, sonda yenə üzünü Qərbə doğru çevirə bilər. Belə bir göz qamaşdıran razılaşma ilə Rusiya bir müddət Avropada, xüsusilə Serbiyanın ərazi bütövlüyü məsələsini müdafiə etmək bəhanəsiylə müəyyən mənada söz sahibliyini qorumuş olacaq. 

Hazırda, Qərb qüvvələri Rusiyanın qaz oyunundan narahat olduğunu bildirir və qarşıda Rusiyanın bu cür siyasəti ilə Avropanın daxilinə sirayət etməsini qəbuledilməz hesab edir. Avropanın bir tək çarəsi qalır, ya qaz istehlak ehtiyaclarını qarşılamaq üçün alternativ yollar tapmaq, ya da boynunu büküb Rusiyanın qanadı altına girmək. 

Elnur Ənvəroğlu 

 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı