Soçidəki tələsik görüş, yoxsa Brüssel görüşündəki effektiv nəticələr? Politoloqun şərhi

Yazarlar 12:21 16.12.2021

Gözlənilən və təxmin edilən kimi oldu. Yəni, 15 dekabrda Aİ-nın Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Aİ-nın rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşü baş tutdu.

Əvvəldən təxmin edildiyi kimi Paşinyan üçün Soçi görüşündən daha çox Brüssel görüşü vacib əhəmiyyətə malik hesab edilir və ona görə də Paşinyan Putinin yanında danışa bilmədiyini Şarl Mişelin yanında daha rahat danışmağı üstün tutdu.

Görüşdən öncə Azərbaycan prezidenti cənab İlham Əliyevin NATO baş katibi Yens Stoltonberq ilə keçirdiyi mətbuat konfransında Şarl Mişelin təşkilatçılığı ilə Nikol Paşinyanla görüşəcək mövzuların detallarına toxunaraq bəzi mesajları verdi. Ölkə başçısı jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, Ermənistandan keçməklə Azərbaycan və Naxçıvanı birləşdirən quru yolun haradan keçməsi üçtərəfli bəyannamədə tam şəkildə qeyd edilməyib və bu məsələ gələcəkdə müəyyən ediləcək. "Zəngəzur dəhlizi"nin funksiyasına da toxunan ölkə başçısı onu da bildirib ki, bu dəhliz "Laçın dəhlizi" ilə eynifunksiyalı və eynihüquqlu olacaq. Yəni, Ermənistan tərəfindən "Zəngəzur dəhlizi"ndə gömrük postu qoyulacaqsa, "Laçın dəhlizi"ndə də Azərbaycan tərəfi gömrük postu quracaq. Eyni zamanda cənab İlham Əliyev bildirib ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqələrin təhlükəsizliyini təmin edəcəyi ilə bağlı təminat verir. Bu da onu göstərir ki, tərəflər arasında qarşılıqlı etimadın və güvənin qurulması üçün Azərbaycan tərəfi lazım olab istənilən addımı atmağa hazırdır.

Daha sonra tərəflər arasında görüş baş turdu və görüşdən sonra Ermənistan baş naziri Nikol Paşinyan görüşlə bağlı fikirlərini bölüşüb və bildirb ki, Ermənistandan keçməklə Azərbaycan və Naxçıvanı birləşdirən dəmir yollarının açılması ilə bağlı razılıq əldə etdik. Eyni zamanda Paşinyan onu da qeyd edib ki, dəmir yolları vasitəsi ilə Rusiya və İrana çıxış da əldə etmiş oluruq. Nikol Paşinyan sözlərinə onu da əlavə edib ki, biz ünsiyyəti davam etdirmək barədə də razılığa gəldik. Yəni, buradan belə qənaətə gəlmək olar ki, tərəflər arasında görüşlərin keçrilməsi təkcə Rusiyanın vasitəçiliyi ilə deyil, eyni zamanda  Aİ-nın da vasitəçiliyi ilə aparıla bilər.

Nəhayət, onu da qeyd etmək lazımdır ki, Rusiya tələsik şəkildə Soçi görüşünü təşkil etməsinə baxmayaraq, Brüssel görüşü daha effektli nəticə vermiş oldu. Bunun isə bir neçə səbəbi var.

1. Paşinyan üçün qərbin daha etibarlı olması və əsas dəstəyini qərbdən alması,

2. Brüsseldə Putinin təsirinin az olması və daha rahat fikir mübadiləsi aparmaq imkanının əldə esilməsi,

3. Aİ-dan 2,6 milyarda avro yardım almağı düşündüyü və buna görə də orta razılığa gəlməyə məcbur olduğu üçün,

4. Ermənistanla bağlı məsələlərdə Rusiyanın dominatlığını azaltmaq üçün qərbin də prosealərə cəlb edilməsi və s.

Təbii ki, Azərbaycan tərəfi üçün haradan və hansı formatda görüşün keçrilməsi Ermənistan qədər önəmli deyil. Ona görə Azərbaycan istənilən yerdə və istənilən formada görüşə hazır olduğunu atdığı addımlar ilə göstərmiş oldu. Bunun da əsas səbəbi Azərbaycanın qalib tərəf olmasıdır.

Yekun olaraq onu bildirmək mümkündür ki, əvvəldən də təxmin edildiyi kimi Brüssel gödüşünün Soçi görüşündən daha məsuldar olduğunu demək olar.

Samir Hümbətov: Rusiyanı kim və niyə narahat edir? - KAFKASSAM - Kafkasya  Stratejik Araştırmalar Merkezi

Politoloq Samir Hümbətov

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı