Britaniyadakı Azərbaycan səfirliyənə radikal dindarlarların hücumu ilə İranın nə əlaqəsi ola bilər? MARAQLI FAKTLAR

Yazarlar 13:35 05.08.2022

Siyasət meydanında sözün bitdiyi məqamlarda provokasiya, dini radikalizm və buna bənzər çaxnaşmalar ortanı bulandırmağa başlayır. Söhbət Azərbaycanın Britaniyadakı səfirliyini ələ keçirməyə çalışan "The Mahdi Servants Union" (Mehdinin Xidmətçiləri Birliyi) adlı radikal şiə qruplaşmanın üzvlərindən gedir.

Bəs bunlar kimdir?

"The Mahdi Servants Union" Londonda yerləşən və şiə təriqətini təbliğ edən radikal dini təşkilatdır. Adından göründüyü kimi 12-ci imam Mehdi Az-Zamanın şüarı altında təbliğat və propaqandalar aparan bu təşkilat vaxtilə radikal dini baxışları, o cümlədən İslam dünyasının dini dəyərlərini təhqir etdiyinə görə ölkəsi Küveytdən qovulan Yassər Əl-Həbib tərəfindən idarə olunur. Yassər Əl-Həbib vaxtilə Küveytdə qatı-sağçı radikal şiə məzhəbinin təbliğatçısı olub və dəfələrlə peyğəmbər Hz.Məhəmmədin həyat yoldaşı Aişə, xəlifə Əbu Bəkr və Ömərə qarşı təhqiramiz ifadələr işlətməklə müsəlman dünyasının qəzəbini özünə cəlb edib. 

Yasser Al Habib - Alchetron, The Free Social Encyclopedia

Maraqlısı budur ki, ölkəsindən qovulduqdan sonra İrana pənah aparan Yassər Əl-Həbib bir müddət sonra İranın ali dini lideri sayılan Ali Xamenei ilə də ədavət yaşayıb. Öz əqidə yoldaşları ilə də ümumi dil tapa bilməyən radikal təfriqəçi Yassar Əl-Həbib sonradan din və siyasi demokratiyanın beşiyi sayılan Londona köç edir. Müxtəlif mənbələrdən gələn maliyyə dəstəyi sayəsində qısa zamanda dini sekta ətrafını genişləndirməyi bacarır və 2013-cü ildə 1.2 milyon funt sterlinq dəyərində Londonun şimal qərbində Fulmer adlanan ərazidə kilsəni satın alaraq yerinə Al-Muhassin adlanan təşkilatı qurur. 

"The Mahdi Servants Union" təşkilatının dəfələrlə Londonda açdığı “xeyriyyə” təşkilatları bağlanılsa da 2014-cü ilədək gizli şəbəklərdən əldə olunan maliyyə resurları sayəsində KMO “Khodam Al Mahdi Organisation” adı altında bir çox qanunsuz fəaliyyətlər göstərib. 

8 people arrested for the attack on the Azerbaijani embassy in London

Təşkilatın İranla olan bağları – təhlillər

Nəzərə alınsa ki, radikal şiə cərəyanları daha çox İranla əlaqələndirilir, Yassər Əl-Həbibin də İrandan mədət umub amma istədiyini əldə edə bilməməsi heç də şübhə doğurmur. Küveytdən qovulmuş radikal bir sərsəri maddi imkanlarını genişləndirmək üçün yalnız ümid yeri olaraq İranın qapısını döyür. Lakin siyasi buxovlarını gizlətməyə çalışan Xamenei administrasiyası öz eyibini gizlətmək üçün əqidə yoldaşını belə qapısından qovur. Necə deyərlər, uman yerdən küsərlər. Və beləliklə hər iki 12-lik Şiə məzhəbçiləri arasında ixtilaf meydana gəlir. Hətta istədiyini ala bilmədiyi üçün hirsi soyumayan Yassər Əl-Həbibin MSU-təşkilatı 2018-ci ildə İranın Londondakı səfirliyinə hücum edir. Buna baxmayaraq, hər iki səhnə oxşar olsa da bunlar qarışdırılmamalıdır. 

İran uzun müddətdir Azərbaycanla bağlı xəyallarını həyata keçirə bilmir. Xüsusilə II Qarabağ müharibəsindən sonra maskası yırtılan və diplomatiya sahəsində nüfuzunu itirən İran Azərbaycanla olan bağlarını qismən də olsa itirib. Daha çox dövlətin daxilində xərçəng kimi yayılmağa çalışan İran propaqandası, həmçinin dolayı yollarla maliyyələşdirdiyi dini sektaların fəaliyyətini gücləndirməyə başlayır. Dünən Londonda Azərbaycanın diplomatik toxunulmazlığına xələl gətirməyə çalışan həmin təşklılatın 4 il əvvəlki oxşar ssenariləri məhz İranla Azərbaycan arasında güzgü effekti yaratdı. 

İranın Küveyt və Ərəb ölkələri üzərindəki dini nüfuzu - Ənsar Xat əl-İmam kimdir və niyə onlara Səudiyyə Hizbullahı deyilir?

“Ənsar Xat əl-İmam” ifadəsi ilk olaraq 1979-cu ilin noyabrında Tehrandakı Amerika səfirliyinə hücum edən iranlı tələbələrə aid edilirdi. Bu termin Xomeyninin dərslərini və ideologiyasını mənimsəyən bütün şiə fəallarını əhatə etmək üçün brend adı kimi genişləndirilib.

“Hizbullah” termini əvvəlcə Xomeyni İnqilabı hakimiyyəti ələ keçirdikdən sonra İran elitasının bir fraksiyasına istinad etdi və daha sonra bu termin 1985-ci ildə rəsmi olaraq elan edilən Livan partiyasına şamil edildi.

Səudiyyə Ərəbistanında dini və mədəni səviyyədə Xomeyninin düşüncələrini mənimsədiyi üçün “Ənsar Xətül-İmam” sayılan bir çox qruplar var və bu axın daxilində 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində fəaliyyət göstərən gizli, döyüşkən təşkilat var idi. Və buna "Hizbullah əl-Hicaz" və ya "Səudiyyə Hizbullahı" deyilirdi.

Onların beynəlxalq əlaqələri və şəbəkələri hansılardır? 

ABŞ-ın Miçiqan ştatında Grand Valley Dövlət Universitetinin Din Sosiologiyası və Sosioloji Nəzəriyyə üzrə köməkçi professoru, əslən Səudiyyə Ərəbistanının Riyad şəhərindən olan Abdullah Əlrəb bütün şiə radikal dini təşkilatların İranla əlaqələrindən danışıb. O, Hizbullahın adını belə izah edib:

“Hizbullah adına diqqət yetirsək İran və onun Livan Hizbullahı və İraq milisləri (Kətaib Hizbullah adlı) kimi Xomeyninin ideologiyasını mənimsəyən silahlı qruplarla əlaqələrini görmək olar. Təəssüf ki, Səudiyyə Hizbullahının özü, üzvlərinin kim olduğu və gündəlik olaraq hansı qurumlarla işlədikləri ilə bağlı heç bir məlumatı belə yoxdur. Əldə oluna biləcək yeganə fakt təşkilat və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında bağlılıqlara dair bəzi dəlillərdir. Bu fakt məntiqə uyğundur, çünki SEPAH dünyanın hər yerində İranla əlaqəli bütün xəfiyyələrlə işləyən İran agentliyidir”.

Elnur Ənvəroğlu 
Siyasi jurnalist 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı