13 yaşında ana olan qızın sirri Oğuz Ayvaz yazır...

Yazarlar 10:01 10.09.2022

Ednews Oğuz Ayvazın “13 yaşında ana olan qızın sirri” adlı yazısını təqdim edir.

Azərbaycanda eşitmədiyimiz hadisə qalmadı. Günü-gündən qan donduran, dəhşətli olayların şahidi oluruq. 13 yaşında bir uşaq ana olur... Qorxunc bir tablo canlanır gözlərimin önündə. Dünyaya gətirdiyi körpəni qucağında xəyal edirəm və reallıqda iki məsum uşağın mövcudluğunu görürəm. Bu qızcığaz qucağında gəlincik, oyuncaq tutmalı idi. Balaca çiyinlərində artıq oyuncaq, dəftər-qələm deyil, ağır travma daşıyacaq. Körpə bədəni ilə 9 ay bətnində daşıdığı əzab, ağrı, analıq hissi bəşəriyyət üçün damğadır artıq. Sosial yaralar qaysaq bağlamadan ciddi həlli tapılmalıdır. Tapılacaqmı? 13 yaşlı qızın yaddaşını necə siləcəyik?

Deyilənlərə görə, onu hamilə buraxan da 15 yaşlı uşaqdır. Hadisə ilə bağlı araşdırma aparılır. Qız ona təcavüz edildiyini deyir. Gözüm kəlləmə çıxır. Sözlərin aciz qaldığı, kimin günahkar olduğunu ayırd etmək mümükün olmur.

Necə və nə cür izah verəsən?

Hansı aspektdən, çərçivədən baxasan?

Bütün sualllar yetərsizdi, hadisəni geri qaytara bilmərik.

Azərbaycan ailələrində sevgi, qayğı çatışmır. Sevginin yanında savadsızlığı, cahilliyi də vurğulaya bilərəm. İntihar edən, zorlanan qızlarımızın cavabını heç kim vermir. Günlərlə stauslar yazılır, qınaq obyekti axtarılır və sonda unudulur. Bu cür hadisələr nəzarət altına götürülməli və ciddi qanunlar alınmalıdır.

Doğulduğum Gürcüstan zonasında da azərbaycanlılar qızları 13-14 yaşından ərə verirlər. Gələcək talelərini uşaq doğub böyütməklə keçirirlər. Rayonda olanda dəfələrlər qohumlarımla, kənd sakinləri ilə mübahisələrim olub. Nə qədər başa salmağa çalışsam da xeyri olmayıb.

Bir hadisə də danışım, heyrət edin. Azərbaycanın qədim kəndlərinin birində oğlanla qızı evləndiriblər. Bir-birini heç 1 həftə tanımayan yad cütlük düz 3 ildi evlidirlər. Üç il ərzində oğlan qıza heç əlini də vurmayıb. Qız qızlığında qalıb, aylarla gözləyib ki, əri ona yaxınlaşacaq, ona sevgi nəğmələri pıçıldayacaq. Qohumlar isə oğlanı mollaya, pirə, falçıya aparıblar ki, bəs oğlanımız “kişi” ola bilmir. Təsəvvür edin, bir qrup yığılıb erkəklə dişini tövləyə bağlayıblar və gözləyirlər ki, nə zaman bala verəcək. İnsan həyatını heyvani və idbar hisslərə çevirən bədbəxt adamlar nə zaman təfəkkürlərində inqilab edəcəklər?

Hər şey cəmiyyət və ailə modelləri ilə də bitmir. Uşaqlar erkən yaşlarında ağıllı telefonlarla tanış olurlar. Virtuallaşan, süniləşən insan münasibətləri uşaqlardan da yan keçmir. Onlar həyatın qaranlıq, iyrənc tərəflərini internet vasaitəsilə tanıyır və təsir altına düşürlər. Gördükləri seksual, aqressiv, qeyri-adi hərəkətləri ətrafındakı həmyaşıdlarına tətbiq edirlər.

Nənələrimizə qalsa deyərdilər, əşi bu hadisəni çox böyüdürsünüz, biz 12-13 yaşlarımızda 2 baş uşaq doğurduq. Hələ o uşaqlara baxa-baxa əkinə, işləməyə gedirdik.

Dünyada və ölkəmizdə qadınlar, qızlar kişilərdən fərqli olaraq ağır tale yaşayırlar. Onlara qoyulan qadağalar, təcavüzlər, cinayətlər səngimir.

Dünyanın ağır iqtisadi fonunda 13 yaşlı qızın qucağında görünən körpə toplum üçün, dünya üçün ləkədir. Artıq sürətli zaman bizə hər şeyi unutmağı, mənəvi dəyərləri məhv etməyi təbliğ edir.

Sözüm ən başda valideynlərədir.

Uşaqlarınızı başıboş buraxmayın!

Həyatlarını qaraltmağa imkan verməyin!

Sevgi verin, qayğı verin!

Əgər ailə kiçik bir cəmiyyətdirsə, cəmiyyəti cəmiyyət edən də ailələrdir. Hər şey evdən başlayır. Uşaqlarınıza düzgün örnək olun” Onları öyrədin, bədənlərini tanısınlar, olmazları bilsinlər. Uşaqlar bizim gələcəyimizdir deyib gələcəyə travmatik, əzab dolu insanlar yetişdirməyək.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı