Mövcudluğumuzun sülhə gedən yolu

Yazarlar 17:32 22.09.2022

Sülh - yaşadığımız dünyanın mövcudluğu və davamlılığıdır.

Günü-gündən dəyişən dünyamızda təəssüflər olsun ki, bəzən səriştəsiz, amansız və hətta daha da irəli gedərək deyə bilərəm ki, daxili şeytan, xarici insan olanlara hesab, haqsızlıq və amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilərək həyatı qaralan insanlar var. Bütün bunların qarşısının alınmasında isə sülhün rolu danılmazdır. Ən kiçik ailəvi hətta məhəlli münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurma yalnız sülhlə  sona çatmalıdır. Buna görə də sülh bütün vasitələrin fövqündə dayanır. Ona nail olmaq, bu amal uğrunda çalışmaq isə, deyərdim ki, əsl fədakarların, xüsusi canfəşanlıqla humanizm dəyərlərini əldə sülh bayrağın tək gəzdirən, ali məqsədli insanların işidir. Bu uğurda təbii ki, tərəflərin həqiqətləri düzgün dəyərləndirmələrindən də çox şey asılıdır.

Bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən sülhün dəyəri zaman keçdikcə, yeni münaqişə ocaqları yarandıqca daha çox üzə çıxır.

Bir anlıq düşünün ki, bütün dünyada insan zorakılığının baş verməsinin tam qarşısı alınıb, ön cəbhələrdə silahlar susub nəinki ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, sülhün mövcudluğuna qarşı olan hər bir təhdit aradan qaldırılıb. Xəyal etməsi belə gözəldir. Deyilmi? Yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh istəyən hər kəsin haqqıdır ən gözəl olanı yaşamaq və gələcək nəsillərə xoşbəxtliklərlə dolu bir dünya ərmağan qoymaq.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, hələ də dünyada bir çox insanların hüquqları xüsusilə silahlı münaqişələr zamanı və  atəşkəs dövründə pozulmaqda davam edir. Buna görə də biz bu və bənzəri səbəblərdən dünyası qaralanlara və xoşbəxt gələcəyə xatir xilasın adı olan sülh üçün çalışaq və ya bu amal üçün çalışan insanlara güclü dəstək olaq.

Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə olmaqla yanaşı, həm də BMT-nin ali vəzifəsidir.

Sülh naminə aparılan fəaliyyət həyati əhəmiyyət kəsb etsə də, təəssüflər olsun ki, heç də hər yerdə qorunmur, müdafiə edilmir, zorakılıqlar baş alıb gedir, milli münaqişələr daha da qloballaşır, coğrafiyası genişlənir. Bunu böyük ürək ağrısıyla qeyd etməliyəm ki, hələ də dünyamızda saysız-hesabsız insanlar üçün sülh əlçatmazdır.

Vətən müharibəsində, öz haqq davasında inamlı və əzmli qələbə qazanan Azərbaycanımızda sülhün əbədi olması və münaqişənin səngiməsi, atəşkəs rejiminə bədnam qonşumuz tərəfindən əməl edilməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır.

Sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsiz qaldıqca  insanlar qorxu, vahimə narahatlıq içərisində yaşamalağa davam edir. Ermənistan nəinki atəşkəsə  əməl etmir, nüfuzlu beynəlxalq təşkilatların sülhün və təhlükəsizliyin bərpası istiqamətində apardığı siyasətə də kölgə salır.

Sülhün carçıları olan göyərçinlərin bayraqlarını bəzədiyi yüzlərlə təşkilat dünyanın müxtəlif bölgələrində bu ali məqsəd- sülh üçün çalışır.

Artıq 30 ildir bu məşəqqətdi yolda məhz sülh üçün bir an belə olsun yorulmadan addımlayan və Azərbaycanımızın haqq səsini hər zaman dünya ictimaiyyətinin diqqətinə çatdıran Beynəlxalq Avrasiya Mətbuat Fondudur. Fond müxtəlif ölkələrdən olan bir qrup jurnalist tərəfindən yaradılan müstəqil bir təşkilatıdır. 1992-2022 tam olaraq 30 ildir BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin  olunmayıb və Beynəlxalq Avrasiya Mətbuat Fonduna yenə də böyük öhdəliklər düşür. Təkcə ölkədə deyil cahanda da sülh deyən və ali məqsəd üçün fəaliyyət göstərən təşkilat dünəndə olduğu kimi bu gün də, sabah da öz ali məramından geri qalmayacaqdır.

Unutmayaq ki, hələ də ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox bölgələrində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanlarına çevrilməkdədir.

Və sonda bir daha qeyd etmək istəyirəm ki, Sülh - əmin-amanlıq, asayiş! Sülh - bolluq, bərəkət, firavanlıq! Sülh - sevinc, səadət, şadlıq! Sülh - ağ göyərçinlərin mavi səmalarda uçuşu, körpələrin üzünün təbəssümü, uşaqların şaqraq gülüşləridir! Qoy “Sülh zəngi” əbədi səslənsin!

Esevər Məmmədov

Araşdırmaçı-jurnalist

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı