Bir gün Orhun Yenisey əlifbasından istifadə edəcəyik Xanəmir Telmanoğlu yazır

Yazarlar 14:44 27.10.2022

Ey dadi bidad danəndə dəhan dərviş d...

Unudulmuş oxucu,

Derlər,

Əvvəl-axır hər kəs təftiş olunacaq. Heç o tərəfə getməyə də ehtiyac qalmayacaq. Getdikcə bu üsulla insanlıq ötə aləmləri, o biri dünyanı da bura yaxınlaşdırır, o biri aləmi də bu aləmdə, bu üzdə yetişdirir, burda yaradır, burda yerləşdirir. Bütün bunlar gerçəkdən ədəbiyyatın qiyamət əlamətlərindən başqa bir şey deyil. Bu pisdirmi əcəba? Xeyr. Min illərdir insanlığın şüurunda və ruhnda özünə dərin izlər açmış bu düşüncə, bu səhnə zühur eləməzsə, bu dünyanın heç bir dəyəri qalmaz. İnsanlığın da, kamilliyin də, Allahın ölməsi, Allahın dirilməsi, Allahın yaxınlaşması, uzaqlaşması anlayışının da bir anlamı qalmaz. Bəlkə dünya bizim şüurumuzdan və ruhumuzda qurtulmaq istəyir.

Ya bəlkə insan bu dünyadan imtina etmək, başqa dünyalar, planetlər istəyir. Bəlkə bu dünya insanlıq şüurunun, ruhunun, instiktinin qarşılığını kitablarda vəd edilmiş şəkildə qarşılaya bilmir. Bəlkə bu dünya insanlığın, kamilliyin qarşılığında acizdir, ola bilərmi? Bu baxımdan insnaların başqa dünyalar axtarışına çıxma instinkti, istəyi hələ də səngimək bilmir. Nizaminin dirilik suyu axtaran İsgəndərindən bugünkü insanın heç bir fərqi yoxdur.

Gələk əsas məsəlyə. Sözsüz ki, Bəxtiyar Vahabzadə və bunun kimi dəyərli şairlər, ziyalılar elə də güclü şair deyildirlər. Onlarda publisistik cəsarət vardı. Onların romantik və bir az da poetik publistik şeirləri ciddi şeir mətnlərindən olduqca uzaq idi. Eləcə də digərləri. Məsələn, Qabil, Nəbi Xəzri, Hüseyn Arif. (Məncə, 20-ci əsrin başlanğıcındakı təlatümləri yaşamış bu şairlərdən əvvəlki nəslə mənsub olan şairlər, Mikayil Müşfiq, Hüseyn Cavid, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Əliağa Vahid, Rəsul Rza bunlardan dil, mövzu, texnik, üslub baxımından daha çox yeni, daha çox orjinal, daha çox şair idilər). Bu qədər şairlərin birinin də bir misrasında poetik imkanlar müstəvisində bir qımıldama da olmayıb. Nə dildə, nə mövzularda, nə üslublarda şair manevrləri etmək imkanları sıfıra bərabər olub. Ancaq o şeirləri Azərbaycan toplumundan ayırmaq da düzgün deyil. Çünki 200 ilə yaxındır ki, Azərbaycan şeiri xalq, kütlə, toplum üçün sinov gedib, şöhrət azarına tutuldu, eqo qazandırdı şeriyyətə. Oysa insanlıq bu energetik gedişlə çölə itildi, dışlandı.

Unudulmuş oxucu,

Derlər,

Bizim düşüncə və təfəkkürümüz heç vaxt Allahı öldürməyə, nə də diriltməyə yaxın bir məkana ayaq basa bilmədi. (Bizim poetik təsəvvürümüz Allahı öldürməyə və diriltməyə yetmədi). Bu dirənişlər ancaq bizim kimi toplumlarda şeirlə gerçəkləşə bilərdi. Bu yanaşma nəydi. Bu yanaşma bizə, insanlığa sonucda texnologiyanı, həyatınıza girən, taleynizə rəng qatan texnologiyanı özünüzün yarada bilmək instiktini təlqin edəcəkdi. Bu yanaşmalar imperiya və dövlət olma, dövlət qurma istiqanlılğında manevrlər etmək kimi arınma - durulmalar gətirəcəkdi zehniyyətimizə. Biz Avropadan qabaq Avropa, Şərqədən öncə Şərq olacaqdıq. (Daha Avropanın Avropa parçası, Avropa quyruğu olmayacaqdıq) Bu fürsəti başqalarına buraxdıq. Ancaq ən yaxın tarixində belə, poetik şüurunda, təhtəlşüurunda Hüseyn Cavid kimi şairi olan bir ədəbiyyatın xatırlatdığım devrimi gerçəkləşdirməyə imkanı yetərli qədər idi.

Eləcə də əlifba şüurunu da bu anlamda heç ağlmızın ucundan keçirmədik.

Əgər bir gün qiyamət baş versə və Azərbaycan xalqı bir etnos kimi öz genefond toxumunu qiyamətdən sonra bu coğrafiyaların sakrallığında qoruma şansı olsa, yazı yenidən gündəmə gəldiyində bu xalq Orhun Yenisey əlifbasından istifadə edəcək. Hətta öncəki ərəfələrdə nədən də bu əlifbadan istifadə etmədiyinin əzabını yaşayacaq, ağrı-acılarını çəkəcək, bu sonsuz itkinin bədəlini ödəyəcək. Bax, bizim kimi toplumların İlahi təyinatlı zamanı bu aralıqlarda, bu aşamalarda havaya sovrulur. İçimiz də beləcə boşluğa züy tutur.

Bizim etnosun və mədəniyyətin iki tənməl sorunu var: 1. Poeziyaya qarşı fikrini, münasibətini dəyşib, şeirdə, poeziyada dəyişiklər etmək zorundadır. 2. Poeziya işlərini sürdürərkən, buna paralel olaraq istifadə elədiyi əlifbasını dəyişib Orhun-Yenisey əlifbasıyla əvəz etməlidr. Bizim nişan aldığımız ovu əlimizdən tarix boyunca qaçırmağımızın kökündə bu iki vazkeçilməz prinsip dayandığı qənaətindəyəm. (Bu versiyaların açıqlamasını bir başqa yazımda dilə gətirəcəm)

Unudulmuş oxucu,

Derlər,

Bizlər bu gün Bəxtiyar Vahabzadəni tənqid etməklə, bizə zaman və güc baxımından, anlayış baxımından yaxın olan şairləri tənqid etməklə, görünür Nizamidən tutumuş Sabirə qədər olan klassikləri olduqca dərindən dərk edə bilməməyimizin qisasını alırıq. Elə doğru yerə də tənqid hədəfi bu yaxın dönəmin şairlərdir. Bu tənqidə məruz qalan şairlər atəş altında qalmamaları üçün, (ən azından) onlara qədərki klassikləri yaradıcılıqlarında həzm eləyib, əsərlərinə sindirməyi bacarmalıydılar. Təəssüf ki, bu ədəbi centlmenlik yox dərəcəsəindədir. Məsələn, Nəsimi Bəxtiyarda ya Hüseyn Arifdə nə dərəcədə, ya nə qədər iz qoyub, yer buraxıb. Qətiyyən söhbət gedə bilməz. Eləcə də Nizami sistematik və poetik təfəkkür baxımından Nəbi Xəzridə, Məmməd Rahimdə, Süleyman Rüstəmdə, Səməd Vurğunda, ya kimdəsə nə dərəcədə özünün çəkisini əridə bilib? Görünür, bu gün gənc nəslin tənqid hədəfinfəki bu yaxın tarixin şair və yazarlarının olması, həm də birbaşa bu günə qədərki bir ədəbiyyata qarşı olan, gedib bir yerlərdə dirənən baxışların, zövqlərin anlayış üfüqlərinin qaranlıqla qapsanmasıdır. Daha geniş üfüqləri, sonsuzluğu görmək istəyi və bu istəyin fiaskoya uğrama ehtimalı kəsinləşdiyindən, obyektə ağır zərbələr gətirdiyindən, yerində saymaq “təşkil elədiyndən”, od püskürmələr, əsəblər qınanılası deyil. Könül istər ki, tənqid edilənlər mədəniyyət naminə mədəni şəkildə təzahür eləsin.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı