Şabana bənzəyən dostum Oğuz Ayvaz yazır

Yazarlar 12:24 11.11.2022

Şaban türk xalqının, eləcə də bizim toplumun adamıdır: avamdı, safdı, sevdiyi qız üçün iş dalınca böyük şəhərə yollanan aşiqdi, hər dəfə də xalqın qəhrəmanına çevrilən, çiyinlərində əl sallayan igiddir...

Mənim onunla tanışlığım elə sizin kimi televizordan olub. TRT kanalından izləyərdik onun gülməli, sevimli, macəralı filmlərini. Atam, anam, bacım, qardaşım dörd gözlə gözləyərdik onun üzündəki təbəssümü. 90-cı illərdə qaldığımız evimizdə qış gecələrində işıqlarımız sönər, Şabanın filmlərinə yarımçıq baxmış olardıq. Həmin gecə yuxumuz ərşə çəkilər, səhəri güclə açardıq...

Yeniyetmə yaşlarımızda qardaşımla Şabanın DVD filmlərini axtarmaq üçün şəhərə səfər edər, dizlərimiz yorulana kimi gəzərdik. Bəzən istədiyimiz filmi tapa bilməyəndə suyumuz süzülə-süzülə geri evə qayıdardıq. Səhər açılan kimi isə yenidən riqqətə gəlib, həmin filmi nəyin bahasına olursa-olsun tapardıq. Tapanda üzümüzdə güllər açardı. Evimiz, ailəmiz həmin gün üçün, həmin 2 saat üçün dünyanın ən xoşbəxt adamlarından olardı...

Sonralar Şabanı o qədər çox sevdim ki, onun təsirindən uzun müddət çıxa bilmədim. Yay mövsümündə müxtəlif işlərdə çalışırdım: Moykada maşın yuyan, ofisiant, fəhlə, satıcı, bağban və ilaxır. Yadınıza düşürsə Kamal Sunalın “Yüz numaralı adam” filmi var. Həmin filmdə Şaban müxtəlif işlərə girər, heç bir gün olmamış da işdən qovulardı. Nə iş idisə çalışdığım müxtəlif sahəli işlərdə bir gündən sonra qovulardım. Hər dəfə evimizə gələndə anamgil şaqqanaq çəkib gülərdilər. O günlər həyatımın ən gözəl illəri olaraq yaddaş arxivimdədir...

Yadımdadır, bir dəfə moykadakı işimin ilk günündə maşınları yumaqda çətinlik çəkirdim. Az qala bahalı bir maşının farasını sındıracaqdım. Bunu görən müdir mənə bərəkallah deməyəcək ki? Dalımdan bir təpik vurub, cəhənnəm ol demişdi.

Bir dəfə də şadlıq sarayında dostumla birgə ofisiant işləyirdik. Günlərin bir günü başımıza gülməli bir hadisə gəldi. Deməli, ikimiz bir stola baxırdıq. İşin qızğın vaxtında masadan salat götürürdüm ki, dostumun yüngüclə toxunuşu ilə müvazinətimi saxlaya bilməyib, salatı masada əyləşən keçəl kişinin başına tökdüm. Adam cin vurmuş kimi yerindən dik atıldı. Tüstüsü təpəsindən çıxırdı. Birdən yanındakı bıçağı götürüb üstümə hücum çəkdi. Tez dabana tüpürdüm. Müdir bu hərəkətimi eşidib bizi işdən qovdu. Axırıncı sözünü heç vaxt unutmuram: "Basın bayıra".

Belə, belə çalışdığım işlərdən tezbazar qovulurdum. Həmişə də Şabanın filmləri yadıma düşər, üzümə bir təbəssüm qonardı. Onun filmləri məni həyatdan küsdürməz, ən çarəsiz vaxtlarımda belə köməyimə çatardı.

Söhbətimin bu yerində sözü Kamal Sunala buraxıram. Görək, ilk teatr rolunu necə xatırlayır:

"İlk teatr rolum 3 dəqiqə idi. İndi yadıma gəlmir. Heç nə etdiyimi də tam xatırlamıram. Bir onu bilirəm ki, səhnənin bir başından girib, o biri başından çıxdım, vəssalam. Amma tamaşaçılar gülməkdən ölürdü. Bu məni sevindirdi. Bundan sonra qərara gəldim ki, nəyin bahasına olursa-olsun bu insanları güldürəcəyəm!”

Özü də böyük aktyor şəxsi həyatında az danışan, soyuq, ciddi vә eyni zamanda da iş vә ev hәyatında vasvası biri idi. Buna baxmayaraq biz onu Şaban olaraq tanımış, sevmişik.

Bir filmi var, orda sərxoş bir adam intihar etmək istəyir. Şabanın onu həyata qaytaran sözləri belə olur:

"Yaşamaq çox gözəldi. Sabah yep-yeni bir gün olacaq. Günəş yenə doğacaq! Quşlar, xoruzlar ötəcək, toyuqlar yumurtlayacaq, inəklər möö deyə bağıracaq”.

"Kirayəçi", "Düttürü dünya", "Gülən adam", "Propaqanda", "Kibar Feyzo", "Qol Kralı", "Çarıxlı Milyoner", "Qoltuq bəlası", "Abuk sabuk bir film", "Polizei" kimi filmləri onun ən ciddi ekran əsərləridir. Kamal Sunal hər dəfə bu filmlərində drammatik, ağrı-acılı, dərdli, bəşəri mövzulardakı obrazlara bürünərək bir daha böyük aktyor olduğunu sübüt edirdi.

Şabana bənzəyən bir dostum vardı. Filmlərini, monoloqlarını adı kimi əzbər bilirdi. Onun kimi geyinir, onun kimi gülürdü. Məhəllədə Şaban deyiləndə o yada düşürdü. Adı Ələsgər olsa da, hamımız onu Şaban deyə səsləyərdik. Özü də halından narazı deyildi. Ələsgər bir gün məhəllədən köçüb getdi, onun yerini heç kim doldura bilmədi. Gülüş də, sevinc də onunla birgə köçüb uzaqlara getdi.

Kamal Sunalın filmlərini sevən, onun yaradıcılığnı diqqətlə seyr edən tamaşaçıda nifrət, zalımlıq, kin, sevgisizlik sindromları ola bilməz. Onun ekran əsərləri öz insanımızın aynadakı əksidir. Biz özümüzü onun filmlərində tapmışıq. Uşaq vaxtı Şabanın filmlərinə baxıb gülür, loğvalanırdım. İndi isə hər dəfə onun filmləri, yaratdığı obrazlar məni ağladır. Mən Şabanın filmlərinə baxanda atamın, anamın yanımda olduqlarını, hər şeyin əvvəlki kimi sehirli, toxunulmaz olduğunu hiss edirəm. Onun filmlərindən uzaq düşəndə həyatımda bir boşluq olduğunu duyuram, bu hal mənə olmazın əzabını verir.

Bu gün isə Kamal Sunalın anadan olduğu gündür. Yaratdığı "Şaban" xarakteri sonsuza qədər yaşayacaq, var olacaqdır.

Ruhun şad olsun, böyük İNSAN!

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı